REGİONLAR
Naxçıvan şəhərində dezinfeksiya tədbirləri davam etdirilir
Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində dezinfeksiya tədbirləri həyata keçirilir.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərinin əsas prospekt, küçə və yolları, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman, ticarət və istirahət mərkəzləri, Təhsil, Ədliyyə və Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi dezinfeksiya olunub.
Dezinfeksiya tədbirlərinə 2 xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili, Dövlət Baytarlıq Xidmətinin 2 xüsusi təyinatlı dezinfeksiya avtomobili və ümumilikdə, 33 nəfər şəxsi heyət cəlb olunub.
Bundan başqa, Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla, ümumilikdə, 36 ictimai yaşayış binasının girişləri, ətrafı və zirzəmisi formalin məhlulu ilə dezinfeksiya edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]