REGİONLAR


Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında işaxtaranlara 88 müəssisədən 703 boş iş yeri təqdim edilib

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası Naxçıvan şəhərində keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 88 müəssisədən 703 boş iş yeri təqdim edilib. 43 nəfərin vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 8 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Əmək yarmarkasında peşə hazırlığı kurslarına 15 nəfərin qeydiyyatı aparılıb, onlardan 6 nəfərini hərbi xidmətdən tərxis olunmuş gənclər təşkil edib.

Növbəti əmək yarmarkası oktyabrın 21-də Şərur rayonunda keçiriləcək.

Qeyd edək ki, muxtar respublikada işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan, gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə təşkil edilən əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.