REGİONLAR


Naxçıvan şəhərində payız-qış mövsümünə hazırlıq işləri görülür

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərinin istilik, qaz, elektrik, rabitə və digər xidmət sahələrində payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, istilik təsərrüfatında çatışmazlıqlar aradan qaldırılır, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə işləyə bilməsi təmin olunur. Fasiləsiz işləməsinin təmin olunması məqsədilə mərkəzləşdirilmiş və fərdi qazanxanalara texniki baxış keçirilib, elektrik, təbii qaz, su və istilik xətləri təmir edilib.

Qeyd edək ki, payız-qış mövsümündə Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana vasitəsilə 173 yaşayış binasında 7634 mənzil və 30 inzibati bina istiliklə təmin olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.