Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan şəhərində şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Naxçıvan, 3 may, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində mayın 3-də şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək pandemiya dövründə Şahmat Federasiyasının da proqramında müəyyən dəyişiklik edildiyini deyib. Federasiya bu müddət ərzində onlayn yarış və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənarda qalmamasını təmin edib. Naxçıvan Muxtar Respublikası regionda pandemiyanın ən az yayıldığı yerdir. Mövcud şərait imkan verir ki, bu gün Azərbaycan Çempionatı Naxçıvanda keçirilsin.

Bildirilib ki, Azərbaycanda şahmata olan dövlət qayğısı daim hiss olunur, şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Bu gün Azərbaycan şahmatçıları dünyada sayılıb-seçilən şahmatçılardandır. Növbəti Azərbaycan çempionatının keçirilməsi bir daha şahmata olan qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilib, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Muxtar respublikada daxili turnirlərlə yanaşı, hər il Beynəlxalq Şahmat Festivalı keçirilir. Naxçıvan 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə də ev sahibliyi edəcək. Şahmata dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublika şahmatçılarından 1-i qrossmeyster, 2-si beynəlxalq usta, 3-ü FIDE ustası və 1-i beynəlxalq hakimdir.

Seymur Talıbov hər bir şahmatçıya uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır. Bu gün gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Hazırda muxtar respublikada 35 min 105 idmançı 2213 qrupda idmanla məşğul olur. Şahmat idman növünə göstərilən diqqətin nəticəsidir ki, artıq bu gün federasiyanın tərkibində 8 şahmat məktəbində 177 müəllim 233 qrupda fəaliyyət göstərir və bu qruplarda 3106 şahmatçı idmanın bu növü ilə məşğul olur.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə Bakıdan kənarda keçirilən Azərbaycan çempionatının daha maraqlı və yüksək səviyyədə olacağına inamını ifadə edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qonaqpərvərliyə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Qeyd edilib ki, növbəti çempionatın muxtar respublikada keçirilməsinin başlıca səbəbi məhz Naxçıvanda keçirilən daxili turnirin beynəlxalq turnir səviyyəsində təşkil olunması, eyni zamanda, ənənəvi Naxçıvan Beynəlxalq Şahmat festivallarının yüksək səviyyədə təşkilidir. Ümumiyyətlə, son illərdə Naxçıvanda şahmatın inkişafının yüksək səviyyədə olduğunu vurğulayan Faiq Həsənov bildirib ki, hazırda muxtar respublikada bu idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılıb.

Yarışın baş hakimi Lütfiyar Rüstəmov çempionatın yüksək səviyyədə təşkil olunması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından tədbir iştirakçılarına uğurlar arzulayıb, qaydalar haqqında məlumat verib.

Sonra şahmat çempionatının püşkü atılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Ölkə ərazisində əsl yaz havası olacaq...

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir