REGİONLAR


Naxçıvan şəhərində yaşayan şəhid ailələri ziyarət olunub

Naxçıvan, 5 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə könüllü gənclər Qaraxanbəyli, Qaraçuq və Tunbul kəndlərində yaşayan şəhid ailələrini ziyarət ediblər.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir iştirakçıları şəhidlərimiz Sahil Məmmədovun, İslam Eyvazovun, Pərviz Məmmədovun, Seymur İbrahimovun və Araz Məmmədovun ailə üzvləri ilə görüşüblər.

Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi, Vətənə sonsuz məhəbbətin böyük nümunəsidir.

Ailə üzvləri şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verib, onların özünəməxsus xüsusiyyətlərindən danışıb, xatirələrini bölüşüblər.

Qeyd edək ki, şəhid ailələrinə mənəvi dəstək göstərmək, gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, onların vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə muxtar respublikada şəhid ailələri davamlı olaraq ziyarət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.