REGİONLAR
Naxçıvan şəhərində yaşayış binaları yenilənir
Naxçıvan, 31 mart, AZƏRTAC
Naxçıvan şəhəri Heydər Əliyev prospektindəki 36 nömrəli binada əsaslı təmir işləri aparılır. Dördmərtəbəli yaşayış binasının özülü möhkəmləndirilir, kommunikasiya xətləri dəyişdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Babək məhəlləsindəki 15 nömrəli binada da inşaatçılar səylə çalışırlar. Beşmərtəbəli yaşayış binasında pəncərələr dəyişdirilir, binanın fasadı yenidən tikilir, kommunikasiya xətləri yenilənir.
Əsaslı təmir olunan binaların həyətləri abadlaşdırılacaq, yaşıllaşdırma tədbirləri görüləcək və müasir işıqlandırma sistemləri qurulacaq.
Qeyd edək ki, ötən il 2 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması başa çatdırılıb. Beş yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması isə davam etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:23]
Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
- 20.04.2024 [14:34]
Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib
- 20.04.2024 [13:31]
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
- 20.04.2024 [11:59]
Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]