REGİONLAR


Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilin əvvəlindən bəri 9600-ə yaxın ziyarətçi qəbul edib

Naxçıvan, 13 oktyabr, AZƏRTAC

Cari ilin ötən doqquz ayında Heydər Əliyev Muzeyini 9 min 596 nəfər ziyarət edib. Onlardan 7 min 89-u yerli, 2 min 507-si isə xarici ölkələrdən gələn qonaqlar olub.

AZƏRTAC xəbər verir ki, bu mədəniyyət müəssisəsi ilə tanışlıqda muxtar respublikanın təhsil müəssisələri ilə birgə yaradılmış məktəb-muzey şəbəkəsi də böyük rol oynayır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il iyunun 20-də imzaladığı Sərəncama uyğun olaraq, cari il fevral ayının 1-dən sentyabrın 30-dək Heydər Əliyev Muzeyində müxtəlif mövzularda orta ümumtəhsil məktəbləri şagirdlərinə 31, orta ixtisas məktəbləri tələbələrinə isə 38 saat olmaqla, açıq dərslər keçilib. Bu dərslərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin olunması, dövlətimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə geniş məlumatlar verilib.

Heydər Əliyev Muzeyi ilə tanış olmaq üçün muzeyin internet saytından istifadə edənlər də az deyil. Cari ilin 9 ayı ərzində muzeyi virtual olaraq izləyən tamaşaçıların sayı 44 min 400 nəfər təşkil edib.

Qeyd edək ki, görkəmli ictimai-siyasi və dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının əbədiyaşar lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə Naxçıvan şəhərində yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Hazırda muzeydə 4665 eksponat nümayiş etdirilir ki, onlardan 36-sı bu ilin ötən dövründə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.