REGİONLAR


Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi əsaslı şəkildə təmir olunur

Naxçıvan, 10 aprel, AZƏRTAC

Ölkəmizdə ilk müasirtipli bədən tərbiyəsi və idman müəssisələrindən biri olan Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin əsaslı təmirinə başlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, binanın daxili təmir olunacaq, oyun salonunun divarlarına zərbənin qarşısının alınması üçün xüsusi materialdan hazırlanmış qoruyucular vurulacaq, yeni işıqlandırma sisteminin qurulması, duşxanaların və binanın dam örtüyünün yenilənməsi, fasadının təmir olunması, eləcə də havalandırma sisteminin təzələnməsi işləri görüləcək.

Olimpiya-İdman Kompleksində təmir işlərini “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.