Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan zəngin turizm potensialına malikdir

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

Ölkəmizin hər bir guşəsi kimi, onun qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikası da bu gün turistlərin ən çox sevdiyi məkanlardandır. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaradıb. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.

Muxtar respublikaya gələn turistlərin sayı ilbəil artır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınıb, su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilib.

Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlərə həm də bütün zəruri xidmətlər təklif olunur. Həmçinin ailə təsərrüfatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz qida məhsulları və münasib qiymətlər turist məmnunluğunu səciyyələndirən amillərdəndir. Bu baxımdan muxtar respublikanın kənd yaşayış məntəqələrinə gələn turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər.

Yeni turizm istiqamətlərinin formalaşması üçün də geniş imkanlar yaranıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması və ötən ilin fevral ayında Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi muxtar respublikada ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin formalaşması üçün də geniş imkanlar yaradıb. 2020-ci ildə Naxçıvan şəhərində yaradılmış Sahil Parkı, cari ildə Ordubad rayonunun Anaqut kəndində istifadəyə verilmiş “Xan Çinar” İstirahət Mərkəzi və Culfa rayonunun Ləkətağ kəndində Əlincə çayının keçdiyi ərazidə inşa edilmiş istirahət kompleksi qısa müddətdə muxtar respublika sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilib.

Tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu qədim diyara cəlb edən əsas amillərdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur”. Tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu qədim diyara cəlb edən əsas amillərdəndir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınıb, 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunub. Son illər ərzində Möminə xatın türbəsi bərpa edilib, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Nuh Peyğəmbərin məzarüstü türbəsi, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki İmamzadə kompleksi, Came məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Yusif Küseyir oğlu türbəsi, Naxçıvan şəhər buzxanası, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Şahtaxtı kəndindəki Şərq hamamı, Babək rayonundakı Nehrəm imamzadəsi və digər tarixi abidələr bərpa olunub.

Ötən ilin dekabr ayında Babək rayonunun Cəhri qəsəbəsindəki XV əsrə aid məscidin müasir layihə əsasında yenidən tikilərək istifadəyə verilməsi muxtar respublikada geniş vüsət almış abadlıq və quruculuq tədbirlərinin məntiqi davamıdır. Hazırda Ordubad şəhərində yerləşən Cümə məscidinin bərpası davam etdirilir.

İdman turizminin inkişafı üçün geniş imkanlar var

Naxçıvan Muxtar Respublikasında idman turizminin inkişafı da diqqətdə saxlanılır. Belə ki, cari ilin yanvar ayında “AirGame Paragliding” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli paraşütçülərinin muxtar respublikaya səfərləri təşkil olunub. Muxtar respublikada ilk dəfə olmaqla Ağbulaq İstirahət Mərkəzində və Əlincəqalanın zirvəsindən yamac paraşütünün test uçuşları uğurla həyata keçirilib. Təcrübəli paraşütçülər tərəfindən ərazinin uçuşa uyğunluğu yoxlanılıb, yamac paraşütü uçuşları üçün əlverişli olduğu müəyyən edilib.

Müalicə turizminin inkişafına da xüsusi diqqət yetirilir

Qədim diyarda müalicə turizminin inkişafına da xüsusi diqqət yetirilir. Dünyanın bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılıb. “Darıdağ” Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən “Darıdağ” Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin ərazidə “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır.

Naxçıvanın müqəddəs məkanları dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib

Naxçıvan Muxtar Respublikasında dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, həmçinin pirlər, imamzadələr, qədim məscidlər dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib. Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur.

Turizmin inkişafında yeni mərhələnin əsası qoyulub

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoyub. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin 23 sentyabrından etibarən Turizm Departamenti tarixi binada – Naxçıvanskilərə məxsus malikanədə fəaliyyətini davam etdirir. Departamentin fəaliyyəti üçün müasir standartlara cavab verən maddi-texniki baza yaradılıb, departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyinin ekspozisiyası yeni maddi mədəniyyət nümunələri ilə zənginləşdirilib.

Qədim diyar dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi şöhrət tapıb

Naxçıvanın son illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olub. Görülən işlərin nəticəsidir ki, Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd olunub. Naxçıvanın mübarizliyinin, əyilməzliyinin simvolu olan Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisə olunur. Bütün bunlar muxtar respublikamızda qısa müddətdə turizm sahəsində qazanılmış böyük uğurların göstəricisidir.

Naxçıvanın zəngin və özünəməxsus mətbəxi turistləri cəlb edir

Naxçıvanın zəngin və özünəməxsus mətbəxi turistləri cəlb edən əsas amillərdəndir. Bu baxımdan “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi qədim mətbəx nümunələrimizin, eləcə də milli mətbəximizə aid adət-ənənə və folklor nümunələrinin toplanması, qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği istiqamətində səmərəli fəaliyyətini davam etdirir. Bu gün muxtar respublikada 21 mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 5 ulduz kateqoriyasına malik “Təbriz” və “Duzdağ” hotelləri, “Saat Meydanı” Turistik İstirahət Mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və digər turizm obyektlərində yüksəkkeyfiyyətli xidmətlər təklif olunur. Bu il istifadəyə verilən “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti isə muxtar respublikada turizm sektorunun inkişafının dəstəklənməsinə, hotel biznesinin genişləndirilməsinə, turistlərin rahatlığının təmin olunmasına, yeni iş yerlərinin yaradılmasına və ümumi inkişafa verilən töhfədir.

Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikada mövcudluğu, qədim diyarın cinayətsiz region kimi tanınması turistlərin respublikaya gəlməsi üçün daha bir üstünlük yaradır.

Turist məmnunluğunu səciyyələndirən xüsusiyyətlərdən biri də nəqliyyat xidmətləridir. Muxtar respublikada müasir standartlara cavab verən nəqliyyat infrastrukturu qurulub. Taksi fəaliyyəti göstərən sürücülərin məlumatlılığının artırılması məqsədilə qrafik əsasında muzeylərlə tanışlığı və maarifləndirilməsi təşkil olunur. Həmçinin daimi fəaliyyət göstərən avtobus marşrutlarına nəzarət olunur, “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksinə, Uzunoba gölündəki çimərliyə, Ağbulaq İstirahət Mərkəzinə, Duzdağ Fizioterapiya Mərkəzinə və digər turizm potensiallı obyektlərə mövsümi marşrutların fəaliyyəti təmin edilir.

Turizmin inkişafını stimullaşdıran məsələlərdən biri də təbliğat və təşviqat işləridir

Turizmin inkişafını stimullaşdıran məsələlərdən biri də təbliğat və təşviqat işləridir. Ötən dövrdə departamentin 27-ci “OTDYKH Leisure Moscow”, “Qatar Travel Mart”, “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022), “KİTF 2022”, “Arabian Travel Market 2022” (ATM), “Qlobal Quş Müşahidəçiliyi” (“Global Bird Fair”) kimi beynəlxalq turizm sərgilərində iştirakı, eyni zamanda Naxçıvanın beynəlxalq turizm bazarında mövqeyinin möhkəmləndirilməsi işində xüsusi rol oynayır.

Bununla yanaşı, ötən ilin oktyabr ayında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına geniş tərkibli media-turun təşkil olunması təbliğat istiqamətində görülən işlərin davamı olub. Media-turda iştirak edən qonaqların muxtar respublika ərazisində yerləşən muzeylərə, tarixi-mədəni abidələrə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə, Naxçıvan Biznes Mərkəzinə, “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Əshabi-Kəhf ziyarətgahına və Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyalarının təşkili təbliğat işində medianın gücündən səmərəli şəkildə istifadəyə hesablanıb. Həmçinin bu ilin iyun ayında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu əməkdaşlarının, Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətlərinin, media nümayəndələrinin və assosiasiyaların iştirakı ilə Naxçıvan Muxtar Respublikasına “Nuh diyarı-Naxçıvan” adlı infoturun təşkil edilməsi üç ölkə arasında turizm əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətli olub.

Muxtar respublikanın turizm potensialı dünyaya tanıdılır

Turizm Departamentinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində muxtar respublikaya turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, internet resurslarından istifadə etməklə muxtar respublikanın turizm potensialı tanıdılır. Həmçinin turistlərin məlumatlılığının artırılması məqsədilə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən turizm obyektləri ilə məlumat mübadiləsi aparılır, muxtar respublikanın turizm potensialı haqqında məlumatlar ölkəmizdə və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən mehmanxanaların və turoperatorların elektron poçt ünvanına göndərilir.

Hazırlanmış reklam informasiya materialları ölkə və beynəlxalq miqyaslı turizm sərgilərində sərgilənir və turistlərə təqdim edilir. Hazırda fəaliyyət göstərən virtualnakhchivan.az saytı təbliğat-təşviqat sahəsində atılmış mühüm addımlardan biridir. Sayt vasitəsilə turistlər Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinə, muzeylərə, parklara, hotellərə və bir sıra digər turizm potensiallı obyektlərə virtual səyahət edə bilirlər.

Ekoturizmin bir çox yarımnövünün inkişafına hərtərəfli şərait yaradılıb

Zəngin təbiət və ekoloji tarazlığın qorunması bu diyarda ekoturizmin bir çox yarımnövünün inkişafına şərait yaradır. Dağ piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi, kənd evlərinin kirayə verilməsi, ailə təssərrüfatı məhsullarının satışının həyata keçirilməsi diqqət mərkəzindı saxlanılır. Cari ilin avqust ayında bu məqsədlə Şahbuz rayonunun Kükü, Gömür və Keçili kəndlərində, Ağbulaq İstirahət Mərkəzində, Gurbulaq, Ballıdüz şəlalələri və Qanlıgöl istiqamətində, Culfa rayonunun İlandağ ətrafında, Ordubad rayonunun Parağaçay, Ağdərə, Tivi, Bist, Nürgüt, Nəsirvaz, Pəzməri, Unus kəndlərində, həmçinin Göygöl, Gəmiqaya ərazilərində, Pəzməri və Çimənək şəlalələrində, Şərur rayonunun Şahbulaq kəndi-Sulu dərə ərazisində dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində aparılmış işlər bu turizm növünün muxtar respublikada inkişafının stimullaşdırılması istiqamətində atılmış addımlardandır.

Turizm üzrə kadr hazırlığı uğurla aparılır

Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm işinin təşkili ixtisası üzrə kadr hazırlığı aparılır, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində, eləcə də Naxçıvan Şəhər Peşə Liseyində Turizm agenti ixtisası üzrə peşə kursları fəaliyyət göstərir. Tədris ilində tələbələrlə görüşlər keçirilir, onların Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyaları təşkil edilir, hotel və turoperatorluqlarda təcrübə keçmələri təmin edilir.

Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib