Naxçıvançay vadisində “Gələcək üçün təmizlə” devizi altında təmizlik aksiyası keçirilib
AzerTAg.az
Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Gənclərin iştirakı ilə Naxçıvançay vadisində “Gələcək üçün təmizlə” devizi altında təmizlik aksiyası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gənclər Fondunun birgə təşkil etdiyi tədbirdən əvvəl çıxış edənlər təmizlik aksiyası barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, belə aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və gəncləri ətraf mühitin mühafizəsi uğrunda təşəbbüslərə cəlb etməkdir.
Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan iştirakçılar tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

Xəbərin mətnində orfoqrafik səhv var