REGİONLAR


Naxçıvanda 11 milyon kvadratmetrdən artıq ərazi dezinfeksiya olunub

Naxçıvan, 7 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yaşayış binaları, prospektlər, avtomobil yolları və insanların sıx toplaşdığı yerlər dezinfeksiya edilir, qabaqlayıcı genişmiqyaslı profilaktik tədbirlər görülür.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təsdiq olunan Tədbirlər Planına uyğun olaraq iyulun 1-dən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə bütün yaşayış məntəqələrində genişmiqyaslı dezinfeksiya işləri aparılır. Qrafik əsasında səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin 12 xüsusi təyinatlı avtomobilinin iştirakı ilə Naxçıvan şəhərində, muxtar respublikanın rayonlarında avtomobil yolları və piyada səkiləri dezinfeksiya olunur. Fövqəladə Hallar Nazirliyinin 90 nəfərə yaxın şəxsi heyəti, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupu və Dövlət Baytarlıq Xidmətinin dezinfeksiyaedici avtomobili tərəfindən bazarlar və böyük ticarət mərkəzləri, muzeylər, tarix-memarlıq abidələri, istehsal müəssisələri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarələrin, müəssisələrin və təşkilatların inzibati binaları və xidmət sahələri, ümumiyyətlə, insanlar tərəfindən daha çox istifadə olunan yerlər dezinfeksiya edilir.

Muxtar respublikada 6 gün ərzində 11 milyon kvadratmetrdən artıq ərazi dezinfeksiya olunub. Genişmiqyaslı tibbi profilaktik tədbirlər iyulun 10-dək davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.