REGİONLAR


Naxçıvanda 135-ci teatr mövsümü başa çatıb

Naxçıvan, 4 iyul, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidovun Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında səhnələşdirdiyi ikihissəli tarixi dramı ilə 135-ci teatr mövsümünə yekun vurub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tamaşadan əvvəl muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bu qədim sənət məbədinin əsaslı inkişafı və yaradıcılıq axtarışlarının genişləndirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Nazir diqqətə çatdırıb ki, Ulu Öndərin qayğısı nəticəsində teatr ötən əsrin 70-ci illərindən başlayaraq davamlı inkişaf yoluna çıxıb. Mədəniyyət tariximizin şərəfli səhifələrini yazan Naxçıvan teatrı dövlət müstəqilliyi qazanıldıqdan sonra da Ulu Öndərin diqqət və qayğısı ilə öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

“Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrlara diqqət və qayğı bu gün uğurla davam etdirilir. Ölkə Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi dövlət səviyyəsində qeyd olunub”, – deyən Natəvan Qədimova vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib.

Qeyd olunub ki, muxtar respublikada teatr sənətinə bağlı insanların əməyi də daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar fəxri adlara, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.

Natəvan Qədimova bütün mədəniyyət və incəsənət işçiləri adından göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra “Qılınc və qələm” tamaşasına baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.