REGİONLAR


Naxçıvanda 138-ci teatr mövsümü başa çatıb

Naxçıvan, 12 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Musiqili Dram Teatrında 138-ci teatr mövsümü başa çatıb. Kollektiv Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” komediyası ilə mövsümü bağlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, böyük rus ədibi, dramaturqu Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” satirik komediyasında tamaşaçılar çar Rusiyasının kiçik bir əyalət şəhərində həyat tərzi, yuxarı dairələrin komedik durumu ilə tanış olurlar.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Əməkdar artist Səyyad Bayramovdur. Rollarda Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Əməkdar artistlər Əli Əliyev, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, Səməd Canbaxşıyev və gənc aktyorlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.