Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda 28 May - Müstəqillik Günü qeyd edilib

Naxçıvan, 27 may, AZƏRTAC

Mayın 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq edib, həmin Qanuna əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilib. Qeyd olunub ki, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görüb, tarixi-mədəni irsə və milli soykökə qayıdışın əsasını qoyub, milli kadr hazırlığına başlanılıb, iqtisadi potensial formalaşdırılıb. Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər isə dövlət müstəqilliyi üçün konkret tədbirlərin görüldüyü, mühüm tarixi qərarların qəbul edildiyi dövrdür. Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə - ölkədə müstəqillik elan olunmamışdan bir il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülüb. Bunun ardınca Sovet qoşun hissələri Naxçıvandan çıxarılıb, ilk milli sərhəd dəstəsi və ordu qurumu yaradılıb, kommunist partiyasının fəaliyyəti dayandırılıb, Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin təminatı olan Yeni Azərbaycan Partiyası təsis olunub, yeni istehsal münasibətlərinə əsaslanan təsərrüfatçılıq prinsiplərinin təməli qoyulub, ən əsası isə Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikası iştirak etməmişdi.

Ümummilli Liderimiz deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Bildirilib ki, Ulu Öndər Naxçıvanda bu tədbirləri həyata keçirərkən ölkəmizdə bunun əksinə olaraq ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr hökm sürür, torpaqlarımız işğal olunurdu. Belə bir dövrdə - 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycanı Milli Qurtuluşa qovuşdurub, ölkə işğaldan, müstəqilliyimiz isə itirilmək təhlükəsindən xilas edilib. 2003-cü ildən etibarən ölkə Prezidenti Ulu Öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutur. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi müstəqillik tariximizin ən möhtəşəm nailiyyəti, ümummilli lider Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalı 69, kənd təsərrüfatı məhsulları 15, sənaye istehsalının həcmi 117 dəfə artıb, 100 minə yaxın yeni iş yerləri açılıb, yaşayış məntəqələri böyüyüb, 1 rayon, 4 qəsəbə və 2 şəhər yaranıb. Tikinti-quruculuq işləri geniş vüsət alıb, 233 elm və təhsil ocağı, 364 mədəniyyət, 252 səhiyyə, 29 idman obyekti, 353 inzibati bina, 1346 istehsal və xidmət sahəsi tikilib, 1112 müxtəlif təyinatlı obyekt yenidən qurulub və ya əsaslı təmir olunub, bütün yaşayış məntəqələrini əhatə edən müasir yol-nəqliyyat və sosial infrastruktur istifadəyə verilib. İsmayıl Hacıyev çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bu gün Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu Ulu Öndərin siyasi xəttindən keçir” fikirləri ilə tamamlayıb.

Sonra Naxçıvan Dövlət Universiteti Simfonik Orkestrinin konserti başlayıb.

Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovun dirijorluğu ilə keçirilən konsertdə görkəmli bəstəkarlardan Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun, Ramiz Mirişlinin, Asəf Zeynallının, Eldar Mansurovun və digərlərinin əsərləri, eləcə də xalq mahnıları ifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın və Mübariz Əsgərovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynovanın və Azər Cəfərovun, tələbələrdən İsrafil Qibləliyevin çıxışları, eləcə də konservatoriyanın yallı qrupunun ifasında “Köçəri” yallısı alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək Naxçıvan Dövlət Universiteti Simfonik Orkestrinin üzvləri ilə görüşüb, onlara uğurlu konsert proqramına görə təşəkkür edib, Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq deyib: Simfonik orkestrin üzvləri müstəqillik dövrünün yetirmələridir. Konsert 1995-2000-ci illəri xatırlatdı. Naxçıvanda həmin dövrdə musiqi məktəblərinin fəaliyyəti və musiqi tədrisi tələb olunan səviyyədə deyildi. Ona görə də bu sahədə işlərə başlanıldı. Naxçıvan Dövlət Universitetində konservatoriya yaradıldı, musiqi təhsili sahəsində mühüm işlər görüldü. Nəticədə Naxçıvan Dövlət Universitetinin və tabeliyinə verilən Musiqi Kollecinin birgə simfonik orkestri yarandı.

“Mədəniyyət hər bir ölkənin inkişafının göstəricisidir”,-deyən Ali Məclisin Sədri bildirib ki, musiqi kollektivləri də mədəniyyətin daşıyıcıları olaraq ölkəmizi musiqi və mədəniyyət sahəsində təmsil edir, tanıdırlar. Ona görə simfonik orkestrin bugünkü çıxışı onu deməyə əsas verir ki, kollektiv qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəkdir.

Ali Məclisin Sədri bütün bunların yaradılan şəraitdən səmərəli istifadə nəticəsində mümkün olduğunu bildirib, kollektivə uğurlar arzulayıb.

Miniatür Kitab Muzeyi və Naxçıvan Dövlət Rəsm Qalereyası yenidən qurulub

Həmin gün Ali Məclisin Sədri Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına baxıb.

Bildirilib ki, Miniatür Kitab Muzeyində 1025 miniatür kitab, foto və diplomlar nümayiş etdirilir. Muzeydə ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətlərini əks etdirən, o cümlədən müstəqil Azərbaycanın daxili və xarici siyasətində mühüm tarixi hadisələr haqqında kitablar yer alır.

Ali Məclisin Sədri miniatür kitabların çapı barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri Naxçıvan Dövlət Rəsm Qalereyasındakı əsərlərə də baxıb.

Məlumat verilib ki, qalereyada yerli və xarici rəssamların 59 rəsm əsəri sərgilənir. Ekspozisiya zalında natürmort, portret, peyzaj, qrafika, abstrakt və digər janrlarda çəkilmiş əsərlər nümayiş olunur. Xalq rəssamlarından Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Hüseyn Əliyevin, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun və digərlərinin əsərləri Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini əks etdirir.

Ali Məclisin Sədri qalereyanın yeni əsərlərlə zənginləşdirilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb