REGİONLAR


Naxçıvanda 4753 şagird peşəyönümlü məşğələlərə cəlb olunub

Naxçıvan, 3 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu çərçivədə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə təsdiq etdiyi qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin IX, X və XI siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbləri əsasında bilik və bacarıqlarına uyğun peşə və ixtisas barədə məlumatlar verilir, onlara gələcək peşə seçimində köməklik göstərilir. Cari tədris ili ərzində artıq 4 min 753 şagird bu peşəyönümlü məşğələlərə cəlb olunub. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri də peşəyönümlü məşğələlərə cəlb edilib, onlara əmək bazarında tələb olunan peşə və ixtisaslar haqqında məsləhət xarakterli məlumatlar verilib. Tədbir zamanı peşəyönümlü məşğələlərin peşə seçimində rolu və əhəmiyyəti, peşə seçimində “səkkiz bucaq situasiyası”, məşhur peşələrin xüsusiyyətləri ilə bağlı mövzular ətrafında elektron lövhədə slaydlar və videomateriallar nümayiş olunub.

Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində peşəyönümlü məşğələlərin təşkili tədris ilinin sonuna qədər davam etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.