REGİONLAR


Naxçıvanda 5 poçt bölməsi yeni bina ilə təmin olunub, 3 avtomat telefon stansiyası quraşdırılıb

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, 5 poçt bölməsi yeni bina ilə təmin olunub, 3 avtomat telefon stansiyası quraşdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasının tikintisi başa çatdırılıb, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilir.

2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövründəki göstəricini 7 faiz üstələyərək 45 milyon 663 min 500 manat olub. Ümumi xidmətlərin 75,3 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.