REGİONLAR


Naxçıvanda “Avropa günləri” keçiriləcək

Naxçıvan, 20 sentyabr, AZƏRTAC

Bu il Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar muxtar respublikanın paytaxtında “Avropa günləri” keçiriləcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sentyabrın 21-dən 23-dək davam edəcək tədbirlərdə Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edəcəklər.

Tədbirin əsas hissəsi sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olacaq. Burada Azərbaycana, eləcə də Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar, rəqslər, axşam isə açıq hava altında konsert proqramı təşkil ediləcək. Qonaqlar Naxçıvanın tarix və mədəniyyət abidələrini gəzəcək, turizm infrastrukturu ilə yaxından tanış olacaq, təhsil ocaqlarında müxtəlif görüş və konfranslar keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.