Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forumun açılışı olub

Naxçıvan, 18 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalayıb, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılışında iştirak edib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin fəxri sədri Cavid Avcı, Türkiyənin Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl, Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı və forum iştirakçıları əczaçılıq məhsullarının və tibbi avadanlıqların sərgisinə baxıblar. Bildirilib ki, foruma 20-dən çox tədris və tibbi ləvazimat, dərman və qida məhsulları istehsalı və satışı həyata keçirən şirkət qatılıb.

Açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birinci Beynəlxalq Tibbi Forumun iştirakçılarını qədim Azərbaycan torpağı Naxçıvanda salamlayaraq deyib: Sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu vardır. Ona görədir ki, tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilmişdir. Müasir dövrdə də ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu məsələni diqqətdə saxlamış, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət almışdır. Ulu Öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi islahatların başlıca istiqamətidir. Müstəqillik illərində muxtar respublikada 200-dən artıq səhiyyə müəssisəsi tikilmiş, ən son tibbi avadanlıqlar quraşdırılmışdır. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanalar muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarmışdır. Hazırda Naxçıvanda 28 muxtar respublika, şəhər, rayon, qəsəbə və kənd sahə xəstəxanası, mərkəz və dispanser, birlik, eləcə də 85 həkim ambulatoriyası, 94 feldşer-mama və tibb məntəqəsi vasitəsilə əhaliyə hərtərəfli tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin də fəaliyyəti təmin edilmişdir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada insan sağlamlığının başlıca şərti olan sanitar-epidemioloji vəziyyət sabitdir.

“Səhiyyənin inkişafı müasir infrastruktur təminatı ilə yanaşı, həm də ixtisaslı kadr hazırlığından başlayır”, - deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada bu iş paralel şəkildə həyata keçirilir, orta ixtisas və ali təhsilli tibbi kadr hazırlığına böyük əhəmiyyət verilir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin fəaliyyətə başlaması və ötən dövrdə keçdiyi böyük yol muxtar respublikada ixtisaslı həkim hazırlığı sahəsində mühüm mərhələdir. Hazırda fakültədə Tibb, İctimai səhiyyə, Hərbi tibb, Psixologiya, Əczaçılıq, Stomatologiya, Tibbi profilaktika və Müalicə işi ixtisasları üzrə həkim, eləcə də rezident hazırlığı həyata keçirilir. Fakültənin məzunları peşəkar həkim kimi Azərbaycanda və dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər. Bununla yanaşı, Naxçıvan Tibb Kollecində də Müalicə işi, Mamalıq işi, Tibb bacısı, Əczaçılıq, Ortopedik stomatologiya, Laboratoriya diaqnostikası, Müalicə masajı və Hərbi feldşer işi ixtisasları üzrə orta ixtisas tibb işçiləri hazırlanır. Naxçıvanda icbari tibbi sığortaya keçid də əhalinin keyfiyyətli tibbi xidmətlərlə təminatına töhfə vermiş, bütün yaşayış məntəqələrində bu proses uğurla başa çatdırılmışdır. Göründüyü kimi, muxtar respublikada insan sağlamlığının qorunması sahəsində geniş imkanlar vardır. Artıq muxtar respublikada əhalinin təbii artımı orta ölüm göstəricilərini üstələyir, ana və uşaq ölümü ən aşağı həddədir.

Ali Məclisin Sədri deyib: Müasir dünyamızda xəstəliklərlə mübarizə prioritet məsələdir. Bu da öz növbəsində ixtisaslı tibbi kadr hazırlığını və səhiyyə sistemində ən son elmi nailiyyətlərin tətbiqini zərurətə çevirib. Böyük filosof və tibb alimi İbn Sina deyirdi ki, “Ümidsiz xəstə yoxdur, ümidsiz həkim var”. Təcrübə də göstərir ki, həkimlərin peşəkarlığı artırılmadan nə səhiyyənin inkişafından, nə də insan sağlamlığından danışmaq mümkündür. Qarşılıqlı fikir mübadiləsinin aparılması, elmi-tibbi nailiyyətlərin öyrənilməsi və tətbiqi, beynəlxalq təcrübədən faydalanmaq bu mənada mühüm əhəmiyyətə malikdir.

Ali Məclisin Sədri Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forumun dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasında faydalı olacağına inamını ifadə edib, təşkilatçılara təşəkkürünü bildirib, forumun işinə uğurlar arzulayıb və çıxışını ümummilli liderimiz Heydər Əliyevin “Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır. Çünki insan nə qədər sağlam olsa, öz sahəsində o qədər də yeni ixtiralar edəcək, nailiyyətlər qazanacaq və cəmiyyəti irəli aparacaqdır. Ona görə də mən belə hesab edirəm ki, həkimlik sənəti, yəni insanın sağlamlığının qorunması və müxtəlif xəstəliklərdən xilas edilməsi, onun daha da çox yaşaması üçün çalışan sahə daim inkişaf etməlidir”, - fikirləri ilə tamamlayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək deyib ki, tibbi forumun Naxçıvan Muxtar Respublikasında keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir. Bu müddətdə Naxçıvan Dövlət Universitetində də təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilib. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə universitetin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması qürurverici nailiyyətdir. 25 tələbə ilə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində hazırda 1284 tələbə təhsil alır. Bildirilib ki, dünyanın 7 ölkəsindən 350-dən artıq elm adamının qatıldığı forumda 700-dən çox iştirakçı təmsil olunur. Azərbaycan Tibb Universitetinin və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə xəstələrin konsultativ müayinə, əməliyyat və müalicələrinin keçirilməsi planlaşdırılıb.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib ki, qalib xalqın nümayəndələri kimi ulu öndər Heydər Əliyevin Vətəni Naxçıvanda unikal tərkibə malik forumda iştirak etmək qürurvericidir. Bir əsrə yaxın yaşı olan Azərbaycan Tibb Universitetinin inkişafında, maddi-texniki bazanın qurulmasında, yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında Ümummilli Liderin rolu danılmazdır. Bu gün Ulu Öndərin siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Tibb Universitetində kafedra və bölmələrin müasir avadanlıqlarla təchiz edilməsi ali tibb təhsilinə ölkə Prezidentinin qayğısının bariz nümunəsidir. Hazırda Azərbaycan Tibb Universiteti bölgəmizin qabaqcıl tədris müəssisələrindən biridir. Universitetimiz dünyanın 20 ölkəsindən 80-ə yaxın elm və təhsil qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Həmçinin Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Rektor bildirib ki, forum iştirakçıları və mövzuların müxtəlifliyi təbabətin aktual problemlərinin həlli yolunda yüksək səviyyədə müzakirələrin aparılmasına imkan yaradacaqdır.

Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev çıxış edərək deyib ki, səhiyyə sistemində islahatlar ölkəmizin stabil və sosial infrastrukturunun inkişafının qlobal strateji proqramının tərkib hissəsidir. Bu tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən başladılıb, Onun təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində tibb müəssisələri, xəstəxanalar tikilib istifadəyə verilib. Ulu Öndər milli tibbi kadrların hazırlanmasına da böyük önəm verirdi. Onun təşəbbüsü ilə həkimlərin Avropada, Amerikada, Rusiyada, Türkiyədə hazırlanması üzrə dövlət proqramı işlənib hazırlanıb. Bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev də uğurla davam etdirir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu müasir əsaslarla təmir edilib. Milli Onkologiya Mərkəzi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi yenidən qurulub, yeni korpuslar tikilib və ən müasir avadanlıqlarla təchiz olunub. Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi üçün dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ildə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Universitetdə professor və müəllimlər tərəfindən tədris iki istiqamətdə - Müalicə işi ixtisası və Əczaçılıq sənayesi üzrə aparılır. Bu forum bizim həkimlərimiz üçün də mühüm rol oynayacaqdır. Onlara müasir müalicə protokolları ilə tanış olmağa və həmkarları ilə təcrübə mübadiləsi aparmağa imkan verəcəkdir.

Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı təmsil etdiyi dərnəyin fəaliyyəti barədə danışıb, beynəlxalq səviyyədə həyata keçirdikləri layihələrdən bəhs edib. Qeyd olunub ki, Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi 20 ildən artıqdır, Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir. Forumdan sonra yeni əməkdaşlıq istiqamətlərinin açılacağını bildirən Cavid Avcı Naxçıvan Dövlət Universiteti ilə qurulacaq əlaqələrin qürurverici olduğunu diqqətə çatdırıb.

Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri Müşviq Həsənov forumun keçirilməsində məqsədin Azərbaycanın tibb alimləri, həkim-mütəxəssisləri ilə Türkiyə, Özbəkistan, Qazaxıstan, İran və Almaniyadan olan elm adamları arasında fikir mübadiləsinə şərait yaratmaq və birgə müzakirələr aparmaqdan ibarət olduğunu bildirib. Qeyd olunub ki, bugünkü forumda gələcəkdə həkim olmaq arzusunda olan şagird və tələbələr də iştirak edir ki, bu da kadr hazırlığına mühüm töhfədir.

Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl deyib ki, Naxçıvanda olmaq və tibbi forumda iştirak etmək bizim üçün çox əhəmiyyətlidir. Tibb ictimaiyyəti pandemiya dövründə elmi araşdırmaların, məlumat mübadiləsinin, təhsilin və texniki inkişafın vacibliyinin şahidi oldu. Forum da beynəlxalq səviyyədə çox faydalı müzakirələrin və elm mübadiləsinin aparılmasına vəsilə olacaqdır. Bu baxımdan Yeditəpə Universiteti bütün istiqamətlərdə əməkdaşlığa hazırdır.

Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı deyib ki, Qaradəniz Texniki Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlıq, bugünkü forumda iştirak gələcəkdə birgə layihələrin icrası üçün geniş imkanlar açır. Tibbin inkişafında əsas məsələlərdən biri də avadanlıq təminatıdır. Tibbi avadanlıqların istehsalı, bu sahədə yerli mütəxəssis hazırlığı qarşıda duran əsas vəzifələrdəndir. Rektor təmsil etdiyi universitetin tibbi avadanlıqların istehsalı ilə bağlı həyata keçirəcəyi layihələrdən danışıb, forumun bu baxımdan əhəmiyyətini vurğulayıb.

Çıxış edənlər forumun keçirilməsinə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə iştirakçılar adından minnətdarlıq ediblər.

Sonra Naxçıvanın tanıtım videoçarxı nümayiş olunub.

Forum bədii hissə ilə davam edib, Azərbaycan Respublikasının Xalq artistləri Mənsum İbrahimov və Samir Cəfərov, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova və Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında konsert proqramı təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb