İDMAN


Naxçıvanda “Coca-Cola məktəbli kuboku”na yekun vurulub

Naxçıvanda “Coca-Cola məktəbli kuboku”na yekun vurulub

Bakı, 10 aprel, AZƏRTAC

AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola məktəbli kuboku”nun Naxçıvan Muxtar Respublika üzrə final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbin komandası ilə Şərur rayonu Aşağı Daşarx kənd orta məktəbinin kollektivi qarşılaşıb. Rəqibini 5:4 hesabı ilə məğlub edən Aşağı Daşarx kənd orta məktəbinin komandası Naxçıvan üzrə “Coca-Cola məktəbli kuboku”nun qalibi olub və turnirin növbəti pley-off mərhələsinə vəsiqə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.