Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib

Naxçıvan, 14 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Oktyabrın 14-də Naxçıvan şəhərində “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında keçirilən konfransda Bakıda və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də muxtar respublikadakı nazirlik, komitə və agentliklərin mətbuat xidmətlərinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfrans iştirakçılarını və qonaqları salamlayıb, təşkilatçılara minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.

Rəhman Məmmədov qeyd edib ki, dövlət orqanları və media arasında əlaqələrin təməli ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda fəaliyyəti dövründə qoyulub. Həmin vaxtlar ulu öndər Heydər Əliyev tərəfindən muxtar respublikada həyata keçirilən tədbirlər - milli dövlətçiliyin bərpası istiqamətində qəbul edilən qərarlar, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan aqrar islahatlar, qonşu ölkələrlə yaradılan iqtisadi, mədəni və humanitar əlaqələr muxtar respublikanın mətbuat orqanı olan “Şərq qapısı” qəzetində işıqlandırılırdı. Ulu Öndər Moskvadan doğma vətənə - Naxçıvana qayıtdıqdan sonra ilk müsahibəsini “Şərq qapısı” qəzetinə verib, həmin müsahibədə qəzetin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

Diqqətə çatdırılıb ki, muxtar respublika reallıqlarını tam olaraq öz səhifələrində əks etdirən “Şərq qapısı” qəzeti Azərbaycanın digər regionlarında da oxucuların marağını qazanaraq, onların Naxçıvan həqiqətləri ilə tanış olmalarına şərait yaradıb.

“Ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti Azərbaycanın qurtuluş və müstəqillik tarixinin parlaq səhifəsini təşkil edib, dövlət orqanları və media arasında əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm qoyub”, - deyən Rəhman Məmmədov vurğulayıb ki, Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə də hər zaman kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı roluna yüksək qiymət verib, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısını öz siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edib. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir.

Bildirilib ki, muxtar respublikada dövlət-mətbuat əlaqələrinin inkişafı diqqətdə saxlanılır. Hazırda muxtar respublikada 1 muxtar respublika qəzeti, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio, 6 nəşriyyat var. Muxtar respublikada Televiziya və Radio Şurasının, Mətbuat Şurasının yaradılması və fəaliyyətinin genişləndirilməsi də bu sahədə işin keyfiyyətinə müsbət təsir göstərib. Muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilib, onların maddi-texniki bazaları gücləndirilib. “Şərq qapısı” qəzeti redaksiyası, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi yeni bina və avadanlıqlarla təmin edilib. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində quraşdırılan müasir çap avadanlıqları sayəsində muxtar respublikada çıxan bütün qəzet və jurnallar artıq tam rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunur.

Jurnalist kadrların hazırlanmasının, gənc jurnalistlərin işə cəlb olunmasının da mətbuatın inkişafında mühüm amil olduğunu qeyd edən Rəhman Məmmədov deyib ki, Naxçıvan Dövlət Universitetində “Jurnalistika” kafedrası fəaliyyət göstərir. Həmçinin buradakı “Universitet televiziyası” və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə də yiyələnir, ixtisaslı kadr kimi yetişərək mətbuatın inkişafına öz töhfələrini verirlər. Universitetin “Jurnalistika” ixtisasının Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə və “Şərq qapısı” qəzetinə hamiliyə verilməsi də ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, bu gün muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyəti gənclərdir.

Diqqətə çatdırılıb ki, muxtar respublikanın nazirlik, komitə və agentliklərində mətbuat xidmətləri fəaliyyət göstərir. Bu xidmətlər tərəfindən təşkilatların fəaliyyəti ilə bağlı materiallar hazırlanır və mətbuat orqanlarında yayılır. Bu isə oxucu, tamaşaçı və dinləyicilərin dövlət orqanlarının fəaliyyətindən məlumatlı olmalarına, dövlət orqanları və media arasında əlaqələrin inkişafına öz töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri konfransın dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsinə mühüm mərhələ olacağına inandığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, respublikamız müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycan mətbuatı böyük çətinliklərlə qarşılaşıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə mətbuatın inkişafında tamamilə yeni mərhələ başlanıb. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub. 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edilib. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır.

Ümummilli liderimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına daim diqqət yetirdiyini vurğulayan Vüqar Səfərli qeyd edib ki, ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış imkanların, mətbuata dövlət qayğısının bariz nümunəsidir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlətimizin başçısının bu sahədə atdığı uğurlu addımların məntiqi davamıdır. Ölkə rəhbəri həmişə mətbuatın himayədarı kimi çıxış edib. Yaradıldığı il, yəni 2009-cu ildə fondun hesabına 1 milyon 200 min manat vəsait köçürülüb, bu günədək köçürülən vəsaitlərin məbləği isə artıq 26 milyon 795 min manata çatıb. Azərbaycan milli mətbuatının yaranmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımlarının göstərilməsi, bir qrup jurnalistin mənzillə təmin olunması və bu gün jurnalistlər üçün binaların inşa olunması media nümayəndələrinin əməyinə dövlət tərəfindən verilən yüksək qiymətin bariz nümunəsidir.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hər il yazı müsabiqələri keçirir. Həmin müsabiqələrdə muxtar respublikada fəaliyyət göstərən jurnalistlər də fəallıq nümayiş etdirirlər. Bu günədək muxtar respublika mətbuatında çalışan jurnalistlərin təqdim etdiyi 15 məqalədən 10-u yüksək peşəkarlıqla hazırlandığı üçün müsabiqənin qalibi seçilib.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vurğulayıb ki, bu gün muxtar respublikada həyatın bütün sahələrində inkişaf, tərəqqi, yenilənmə var. Əldə olunan böyük nailiyyətlər burada mətbuatın daha da inkişaf etməsinə şərait yaradıb. Bu gün muxtar respublikanın böyük quruculuq işləri aparılan hər bir şəhər və rayonundakı abadlığı, təmizliyi görən çoxsaylı mətbuat nümayəndələri Naxçıvan haqqında yüksək təəssüratlarını oxucularına çatdırırlar.

Sonra konfrans diskussiya şəraitində işini davam etdirib.

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı Aqil Abbas, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının üzvü Qahirə Hüseynova, “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı, Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Şərqin səhəri” qəzetinin redaktor əvəzi Zaleh Novruzov, “Olaylar” informasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuz çıxış edərək dövlət orqanları ilə media arasında əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikirlərini səsləndiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbirə yekun vuraraq qeyd edib ki, konfransda dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsinə dair maraqlı təkliflər səsləndirilib, diskussiyalar aparılıb. Vüqar Səfərli fəallıq göstərdiklərinə görə konfransın iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, oktyabrın 14-də paytaxt Bakıdan gələn kütləvi informasiya vasitələrinin rəhbərləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi və Əlincəqala tarixi abidəsi və muzeyi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb