REGİONLAR


Naxçıvanda “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar təşkil olunub

Naxçıvan, 3 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminarda komitənin aparat rəhbəri Nurlan Fətəliyev çıxış edərək tədbirin mahiyyətindən danışıb.

Komitənin əməkdaşı Tural Cəfərov “Dövlət qulluqçularının əsas hüquq və vəzifələri” mövzusunda çıxış edərək bildirib ki, qanunvericilikdə dövlət qulluqçularının hüquqları ilə yanaşı, vəzifələri də təsbit olunub. Dövlət qulluqçuları vətəndaşların hüquq və azadlıqlarını, onların qanuni mənafelərini təmin etməyə və qorumağa borcludurlar. Vətəndaşların və ictimai birliklərin, habelə müəssisə, idarə və təşkilatların, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə öz qulluq vəzifəsi çərçivəsində vaxtında baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qərarlar qəbul etmək dövlət qulluqçusunun vəzifə borclarına aiddir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Mahir Abbasov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusundakı çıxışında qeyd edib ki, dövlət qulluqçusunun qulluq etikası normalarına və dövlət orqanında müəyyən olunmuş daxili xidmət qaydalarına əməl etməsi barədə tələb çox mühüm əhəmiyyətə malikdir.

Sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Əkbər Quliyevin “Dövlət qulluğunda çalışmaq dövlətə və xalqa xidmət imkanıdır” mövzusunda çıxışı dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.