REGİONLAR


Naxçıvanda “İdeyadan başlanğıca” layihəsinə start verilib

Naxçıvan, 13 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Muxtar respublikanın Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “İdeyadan başlanğıca” layihəsi çərçivəsində təlimlərə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlimlər yalnız nazirliyin hami olduğu maliyyə və mühasibat uçotu ixtisası üzrə deyil, bütün ixtisaslarda təhsil alan tələbələri əhatə edərək, onlara öz layihələrini işləyib hazırlamaq, əsaslandırmaq və təqdim etmək sahəsində istiqamətlər vermək məqsədi daşıyır.

Layihə ilə bağlı ilk təlim Naxçıvan Dövlət Texniki Kollecində keçirilib. Təlimdə Maliyyə Nazirliyi ilə yanaşı, digər hami təşkilatların nümayəndələri və 100-dən artıq tələbə iştirak edib. Tədbirdə kollecin direktoru Asəf Ruşanov çıxış edərək, Ali Məclis Sədrinin Sərəncamının əhəmiyyətindən danışıb, keçiriləcək təlimlərin tələbələr üçün faydasından söz açıb.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbəri və nazirlik üzrə ekspert qrupunun rəhbəri Tural Şirəlizadə hamiliklə bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. O, Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının gənclərin mütərəqqi ideyalarına dəstək verdiyini vurğulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, ekspert qrupunun üzvü Sevinc Cabbarovanın “İdeyadan başlanğıca” mövzusunda təlimi dinlənilib. O, təqdimatında tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində geniş məlumat verib, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barədə danışıb.

Sonda tələbələrin ideyaları ilə bağlı ekspert qrupunun üzvləri ilə birlikdə fikir mübadiləsi aparılıb. Təklif olunan layihələrlə əlaqədar digər hami təşkilatların nümayəndələri də öz fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.