REGİONLAR


Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək

Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək

Naxçıvan 17 sentyabr AZƏRTAC

Sentyabrın 24-30-da Naxçıvan şəhərində “İslam filmləri həftəsi” keçiriləcək.

Muxtar respublikanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, “İslam filmləri həftəsi” Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyəti Paytaxtı olması ilə əlaqədar təşkil edilir.

Sentyabrın 24-də tamaşaçılar Elçin Musaoğlunun rejissorluğu ilə çəkilən Azərbaycan filmi “Nabat”a baxacaqlar. Sentyabrın 25-də və 27-də İran filmləri “Mən məktəbə getmək istəyirəm”, “Yağış”, 26-da Özbəkistan və Tacikistan kinematoqrafçılarının birgə istehsal etdiyi “Dahinin gəncliyi”, 28-də Türkiyə istehsalı olan “Ulak” filmi nümayiş etdiriləcək.

Sentyabrın 29-da kinosevərlər Azərbaycanda istehsal edilən “Niyyət” və “İslam filmləri həftəsi”nin son günü Türkiyə filmi olan “Eşqin rəqsi” sənədli filminə baxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.