REGİONLAR
Naxçıvanda “İstedadlı rəssamlar sorağında” adlı rəsm sərgisi açılıb
Naxçıvan, 16 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda Bilik Gününə həsr olunmuş “İstedadlı rəssamlar sorağında” adlı rəsm sərgisi təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva və Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov balaca rəssamları təbrik edib, yeni dərs ilində yaradıcılıq uğurları arzulayıblar.
İyirmidən çox istedadlı şagirdin 100-ə yaxın müxtəlif mövzulara aid əl işinin nümayiş olunduğu sərgidə fəallığına görə fərqlənən balaca rəssamlar diplom və hədiyyələrlə təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]