Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda “Milli Musiqi Günü” qeyd olunub

Naxçıvan, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Milli Musiqi Günü” münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə Əsgərov Amil Əkbər oğlu, Əsgərov Səməd Elşən oğlu, Fərzəliyev Arzu İsmayıl oğlu və Həsənova Qəribə İbrahim qızı Naxçıvan Muxtar Respublikasının “Əməkdar artisti” fəxri adı ilə təltif olunublar.

Ali Məclisin Sədri təltif olunanlara Naxçıvan Muxtar Respublikasının “Əməkdar artisti” fəxri adının döş nişanını və vəsiqəsini təqdim edib.

Təltif olunanlar əməklərinə verilən qiymətə görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikada mədəniyyətin, eləcə də musiqi sənətinin inkişafında səylərini əsirgəməyəcəklərini bildiriblər.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən hər il ölkəmizdə Şərqdə ilk musiqili teatr sənətinin banisi, Azərbaycan musiqisinin klassiki, görkəmli alim-musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü - 18 sentyabr “Milli Musiqi Günü” kimi qeyd olunur. Novator sənətkar olan Üzeyir Hacıbəyov Azərbaycan klassik musiqisinin bütün janrlarının bünövrəsini qoyub. Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin olunub. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının və Aşıqlar Birliyinin fəaliyyəti təmin edilib. Muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür, yaradıcı kollektivlərin xarici ölkələrə qastrol səfərləri təşkil edilir. Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə edib. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir.

Qeyd olunub ki, uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətlərinin tədqiqinə və təbliğinə başlanıb. Natəvan Qədimova muxtar respublikada musiqinin və mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin və rəqs qrupunun ifasında konsert olub.

Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq Artisti Çingiz Axundov, baletmeyster Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Tamerlan Bağırovdur. Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Ramiz Mirişlinin, dünya musiqisinin korifeylərindən Volfhanq Amadey Motsartın, İohan Bramsın, Antonio Vivaldinin, İohan Ştrausun, Karlos Qardelin əsərlərindən parçalar, eləcə də xalq mahnıları səslənib, milli musiqi alətimiz balabanda Azərbaycan xalq mahnısı “Sarı gəlin” ifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın, Mübariz Əsgərovun, Vilayət İsmayılovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Zülfüqar Mahmudovun çıxışları alqışlarla qarşılanıb, rəqs qrupu milli və dünya rəqs nümunələrini məharətlə ifa edib.

Ali Məclisin Sədri konsertdən sonra səhnə arxasına keçərək ifaçılarla görüşüb, onları “Milli Musiqi Günü” və uğurlu çıxışlarına görə təbrik edərək deyib: Bugünkü uğurlu konsert proqramı bir daha göstərdi ki, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri bütün səhnələrdə çıxış etməyə qadirdir. Son illər Naxçıvan musiqi həyatında böyük uğurlar qazanılıb, orkestrlər yaranıb, dəyərli musiqiçilər yetişib. Bütün bunlar yaradılan şəraitin nəticəsində mümkün olmuşdur. Muxtar respublikada musiqi təhsilinin bütün pillələri üzrə kadr hazırlığı təmin edilmişdir. Kəndlərdə fəaliyyət göstərən musiqi məktəbləri, dərnəklər, Naxçıvan Dövlət Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin Konservatoriyası muxtar respublikada ixtisaslı musiqiçi kadrların yetişməsinə, musiqi mədəniyyətinin inkişafına və milli musiqimizin yaşadılmasına xidmət edir. Musiqinin sərhədi və milləti yoxdur. Bu gün Üzeyir Hacıbəyovun əsərləri hansı ölkədə ifa olunsa, ölkəmizdəki qədər seviləcəkdir. Eyni zamanda Bethovenin, Motsartın əsərləri bütün dünya ölkələrində səhnələri fəth edir. Bugünkü konsertdə də həm xalq yaradıcılığı nümunələri, həm də görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu.

Ali Məclisin Sədri deyib: Milli musiqi o yerdə inkişaf edir ki, onun kökü olsun. Xalq isə o zaman milli musiqisi ilə fəxr edir ki, onun musiqi sənəti qədim xalq yaradıcılığı nümunələrinə, xalq musiqisinə əsaslansın. Çünki hər bir xalqın varlığı həm də onun xalq yaradıcılığında, xalq musiqisində yaşayır. Bu gün Gəmiqaya abidələrində həkk olunan qədim yallı nümunələri milli musiqimizin minillik inkişaf tarixindən xəbər verir.

Ali Məclisin Sədri muxtar respublikada istedadlı musiqiçilərin yetişməsinin və uğurlu konsertlərin təşkilinin fəxr doğurduğunu bildirib, orkestrin bədii rəhbərinə və bütün kollektivə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?