Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Naxçıvan, 19 mart, AZƏRTAC

Azərbaycan xalqı insanın yaranışı və təbiətin oyanışı ilə bağlı təsəvvürlərini Novruz bayramında ümumiləşdirərək zəngin dəyərlər sistemi yaradıb. Novruz bayramı tarixi-mədəni keçmişimizə yüksək ehtiramın, milli dəyərlərimizə dərin bağlılığın ifadəsidir. Buna görədir ki, ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində Novruz ənənələrinin yaşadılması qayğısına qalıb, bu bayramı milli varlığımızın və müstəqil dövlətçiliyimizin rəmzinə çevirib. Ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə xalqımıza təbrikində deyildiyi kimi: “Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur... Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir”.

Naxçıvan Muxtar Respublikasında Novruz bayramı hər il yüksək nailiyyətlərlə qarşılanır, baharın gəlişi quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 19-da Naxçıvan şəhərindəki “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.

El ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək deyib: “Bu gün Oğuz yurduna Novruz gəlir. El-oba yeni ilə qədəm qoyur, köhnə ili yola salır. Ötən il böyük əməllərlə yadda qaldı. Bu il isə qədim Naxçıvanımız İslam Mədəniyyətinin Paytaxtı oldu. Düşərli olsun! Ulu Naxçıvan bu il İslam Mədəniyyətinin Paytaxtı kimi möhtəşəm tarix yazacaq. Uğurlu olsun! Qorqud ata deyir ki, bütün bu uğurların yaradanı var. Ömrü uzun olsun! Bu qədim diyarı İslam mədəniyyətinə, məğrur gəncliyə paytaxt edən oğullarımız var olsun! Bu əziz gündə qədim diyarımızın dünənini və bu gününü göz önünə gətirib deyirik: xalq üçün yaradanları tarix də yaşadacaqdır! Novruz Bayramınız mübarək olsun!”

Milli geyimli oğlan və qız Ali Məclisin Sədrinə səməni təqdim ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun ifasında “Odlar yurdu” rəqsi təqdim olunub.

Xalq yaradıcılığımızın ən qədim nümunələrindən olan, milli musiqimizin və söz sənətimizin incəliklərini özündə birləşdirən aşıq sənəti bu gün də muxtar respublikada yaşadılır. Xalq yaradıcılığı günlərində saza, sözə də yer verilir, aşıq havaları təqdim olunur. Tədbirdə Naxçıvan Aşıqlar Birliyinin üzvləri “Ana yurdum Naxçıvan” havasını ifa ediblər.

Naxçıvan Musiqi Kollecinin “Muğam üçlüyü”nün çıxışı, Sazçalanlar ansamblının ifasında səslənən “Kəndimiz” gözəlləməsi alqışlarla qarşılanıb.

Bu gün muxtar respublikada milli rəqslərimiz, xüsusilə yallı gələcək nəsillərə öyrədilərək yaşadılır, təbliğ olunur. Tədbirdə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının üzvləri milli rəqslərimizi məharətlə ifa ediblər.

Tarixi min illərə söykənən musiqi alətlərimizdə - tulum, zurna, balaban və tütəkdə təqdim olunan milli musiqi nümunələri bayram tədbirində xoş ovqat yaradıb.

Naxçıvan şəhər sakini Sürəyya Ələkbərova muxtar respublikadakı əmin-amanlığın, sabitliyin və inkişafın Novruz bayramını xoş ovqatla qarşılamağa imkan verdiyini bildirib, Ali Məclisin Sədrinə sakinlər adından təbriklərini çatdırıb.

Novruzla bağlı yaranan folklor nümunələri xalqımızın qədim məişət həyatı, həyat tərzi və inancları haqqında dolğun məlumat verir. Naxçıvan Qızlar Liseyinin şagirdləri bayatı, tapmaca və Novruz inanclarından ibarət kompozisiya təqdim ediblər.

Sonra Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupunun və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun çıxışları olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram tədbirində çıxış edərək deyib: Novruz bayramı milli dəyərlərimizi və adət-ənənələrimizi özündə təcəssüm etdirir. Buna görədir ki, bütün tarixboyu bu bayram milli birlik rəmzi kimi qəbul olunubdur. Builki Novruz bayramı sonuncu çərşənbə ilə eyni gündə qeyd olunur.

Ali Məclisin Sədri Novruz bayramı və Od çərşənbəsi münasibəti ilə muxtar respublikanın əhalisini, hərbi hissələrinin şəxsi heyətlərini və tədbir iştirakçılarını təbrik edərək deyib: Novruz bayramı muxtar respublikada əmin-amanlıq içində, sabitlik və firavanlıq şəraitində qarşılanır. Ötən il muxtar respublika iqtisadiyyatının bütün sahələrində davamlı inkişaf təmin edilmiş, sabitlik möhkəmləndirilmiş, əhalinin rifahı yaxşılaşdırılmışdır. Bu dövrdə ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 701 milyon manatdan artıq olmuş, 60 yeni istehsal və xidmət obyekti yaradılmışdır. Həmişə olduğu kimi, 2017-ci ildə də tikinti-quraşdırma işləri davam etdirilmiş, 236 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. 2017-ci ildə muxtar respublikada 967 milyon manatdan çox sənaye, 453 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Yerli istehsalın həcminin artması xarici ticarət əlaqələrinin inkişafına da öz təsirini göstərmiş, 50-dən çox ölkə ilə ticarət əlaqələri yaradılmışdır. Bu gün qeyd etmək xoşdur ki, qazanılan nailiyyətlər muxtar respublikanın iqtisadi potensialını artırmışdır. Uğurlu inkişafın nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır.

Ali Məclisin Sədri muxtar respublikanın inkişafında və qazanılan uğurlarda əməyi olanların hamısına təşəkkürünü bildirib.

Ali Məclisin Sədri deyib: Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Bu da qarşıya mühüm vəzifələr qoyur. Bu il muxtar respublikada mədəni-kütləvi tədbirlərin əhatə dairəsi genişlənəcək, gənclər siyasəti ilə bağlı ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda, quruculuq işləri də davam etdiriləcək, sosial-iqtisadi islahatlar diqqətdə saxlanacaqdır.

Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarının Novruz bayramını təbrik edib, bayram tonqalını yandırıb.

Naxçıvanda qədim musiqi alətlərimizin bərpasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Dövlət Filarmoniyasında Qədim Musiqi Alətləri Ansamblı yaradılıb. Tədbirdə ansamblın ifasında xalq mahnılarımız səslənib.

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi “Bahar sovqatlı Novruz” tamaşasını səhnələşdirib, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin “Nağaraçalanlar” ansamblının ifasında maraqlı kompozisiya təqdim olunub.

Bayram şənliyində ictimai-iaşə xidməti də göstərilib, yerli müəssisələrin istehsal etdikləri məhsulların satışı təşkil edilib, muxtar respublikada hazırlanan müxtəlif növ bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunub.

Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.

“Bu şəhərdə” teatr studiyasının rəhbəri Müşfiq Abbasov, aktyorlar - Azərbaycan Respublikasının Əməkdar artistləri Rəfael İsgəndərov və Coşqun Rəhimov Ali Məclisin Sədrinə bayram təbriklərini çatdırıblar.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə şənliklər keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-nin Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb