Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirə təşkil olunub

Naxçıvanda “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirə təşkil olunub

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Naxçıvan şəhər 4 saylı Seçki Dairəsində keçirilən seminar-müşavirədə muxtar respublikanın dairə seçki komissiyalarının sədrləri, katibləri və müraciətlərə baxılması üzrə ekspert qrupunun üzvləri iştirak ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminar-müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini – Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov 2019-cu il dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkilərinin şəffaf və azad keçirilməsi üçün zəruri tədbirlər görüldüyünü, mükəmməl qanunvericilik bazası yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, seçki hüquqlarının təmin olunması sahəsində görülən işlər, bu mənada əhəmiyyət kəsb edir. Seçki qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə düzgün əməl olunmalı, müvafiq orqanlar vəzifə və funksiyalarını vaxtında icra etməli, seçicilər maarifləndirilməlidirlər.

Qeyd olunub ki, insan hüquqlarının təmin olunması üsullarından biri olan şikayətlərin məhkəmə qaydasında həlli Seçki Məcəlləsində də geniş şəkildə öz əksini tapıb. Seçki prosesinin bütün mərhələlərində istənilən hüquq pozuntusunun həlli üçün məhkəməyə müraciət etmək hüququ təsbit olunub. Həm aktiv seçki hüququ, həm passiv seçki hüququ mənsublarının, həm də seçki komissiyaları və aidiyyəti dövlət orqanlarının məhkəməyə müraciətetmə və ya məhkəmə qərarlarını əsastutma formasında təsbit olunan 100-ə yaxın müraciət qaydası Seçki Məcəlləsində öz əksini tapıb. Bu da məhkəmə orqanlarının seçki prosesində mühüm rol oynadığını təsdiq edir.

“Builki bələdiyyə seçkilərində muxtar respublika üzrə 170 bələdiyyəyə 1452 üzv seçiləcəkdir. Muxtar respublika üzrə 7 seçki dairəsi və 292 seçki məntəqəsi, səsverməyə 5 gün qalmış yaradılanlar istisna olmaqla, fəaliyyət göstərir”, – deyən Cəlil Rüstəmov vurğulayıb ki, seçki dairələrinin hər biri müasir şəraitlə təmin olunmuş binalarda yerləşir. Eyni zamanda, seçki məntəqələri də yeni tikilmiş binalarda yerləşir. Muxtar respublikanın müvafiq orqanları bələdiyyə seçkilərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəffaf keçirilməsi üçün səylərini əsirgəməyəcəklər.

Diqqətə çatdırılıb ki, seçki prosesində seçki komissiyalarının üzvlərinin üzərlərinə böyük məsuliyyət düşür. Buna görə də komissiya üzvlərinin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu mənada, seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həll olunmasına həsr edilmiş bugünkü seminar-müşavirənin əhəmiyyəti böyükdür. Seçki komissiyaları və məhkəmə orqanları seçki qanunvericiliyinin pozulması və ya seçki hüquqlarının təmin olunması ilə bağlı şikayətlərə hərtərəfli araşdırma aparmaqla vaxtında baxmalı, ədalətli qərarlar qəbul etməlidirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini – Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri deyib ki, bu günədək keçirilmiş seçkilərdə Naxçıvan Muxtar Respublikasının məhkəmələrinə seçki hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olmayıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər bir imkan mövcuddur.

Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova və komissiyanın üzvü Ramiz İbrahimov “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əsgər Novruzov “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” mövzularında çıxış ediblər. Çıxışlarda Seçki Məcəlləsinin 115-ci maddəsində hansı şəxslər tərəfindən seçki hüququnun pozulmasına görə Azərbaycan Respublikasının Cinayət, Mülki və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyət daşımaları göstərilib və seçki hüququnun pozulması və ya məhdudlaşdırılması kimi hesab edilən qanunazidd hərəkətlər sadalanıb. Qanunvericiliyin tələbinə əsasən sadalanan əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq cinayət xarakterli əməllərin törədilməsinə görə məsuliyyət Cinayət Məcəlləsində, inzibati xətalara görə isə məsuliyyət İnzibati Xətalar Məcəlləsində göstərilib.

Vurğulanıb ki, 2008-ci il iyunun 2-də Seçki Məcəlləsinə vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması qaydalarını təsbit edən 112.1-ci maddənin əlavə edilməsi, eləcə də şikayətlərə dair tələbləri özündə əks etdirən 112.5-ci maddənin yeni redaksiyada verilməsi seçki qanunvericiliyinin pozulması hallarının vaxtında və səmərəli prosedur daxilində araşdırılmasını təmin etməklə məcəllənin daha təkmil hüquqi akt halına gətirilməsini təmin edib.

Çıxışlardan sonra müvafiq mövzularla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seminar-müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini – Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov bildirib ki, qazanılmış təcrübə və formalaşmış qanunvericilik bazası Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında növbəti bələdiyyə seçkilərinin də demokratik və şəffaf keçiriləcəyini deməyə əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq