CƏMİYYƏT


Naxçıvanda Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfrans Moldova KİV-lərində geniş işıqlandırılıb

Kişineu, 9 may, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Naxçıvana rəsmi səfəri və səfər çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfransda çıxışı Moldova KİV-lərində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın “tribuna.md”, “noi.md” və “rupor.md” xəbər portallarında dərc olunan məqalələrdə nazirin sözlərinə istinadən ulu öndər Heydər Əliyevin ən böyük arzusunun Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olduğu vurğulanıb. Qeyd edilib ki, bu missiya Ulu Öndərin layiqli davamçısı, Müzəffər Prezident İlham Əliyev tərəfindən həyata keçirilib.

Bundan əlavə, yazılarda bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş torpaqlarda dalğalandığı, dövlətimiz tərəfindən bu ərazilərin hər qarışının bərpa edildiyi diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, Azərbaycanın xarici işlər naziri ölkəmizin xarici siyasətinin prioritetlərini açıqlayıb.

Yazılarda qeyd edilib ki, postmünaqişə mərhələsində aktual olan sülh dialoqunun əsasları məhz ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində qoyulub. Vurğulanıb ki, heç şübhəsiz, Azərbaycanın hazırda genişlənən hərtərəfli beynəlxalq əlaqələrinin mərkəzində ümummilli lider Heydər Əliyevin xarici siyasət konsepsiyası dayanır.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.