Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib

Naxçıvan, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub, müxtəlif tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 6-da “İslam Həmrəyliyi İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək tər güllər düzüb, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

“Araz” Dövlət Qəbul Evində keçirilən konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konfrans iştirakçılarını salamlayıb, təşkilatçılara təşəkkürünü bildirərək deyib: Dini dözümlülük və həmrəylik, milli mənəvi dəyərlərə qayıdış yaşadığımız dövrün əsas məsələlərindəndir. Zaman keçdikcə daha aydın görünür ki, mənəvi dəyərləri bərpa etmədən, dini həmrəylik yaratmadan sabitliyə nail olmaq mümkün deyil. Əgər mənəvi dəyərlər bir xalqı birləşdirirsə, dini dəyərlər ölkələri və xalqları birləşdirir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bununla bağlı deyirdi: “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir”.

Ali Məclisin Sədri deyib: Dini həmrəyliyi yüksək mədəniyyətin göstəricisi kimi dəyərləndirən Ümummilli Liderimiz Azərbaycana rəhbərliyinin hər iki dövründə mənəvi dəyərləri diqqətdə saxlamışdır. Şübhəsiz ki, mənəvi dəyərlər o halda fayda verə bilər ki, insanlarda bu dəyərlərə şüurlu münasibət formalaşsın. Müqəddəs kitabımızın sadə dildə insanlara çatdırılması tarix boyu Azərbaycan maarifçilərini düşündürmüş, XV əsrdə Baba Nemətullah Naxçıvani, ötən əsrin əvvəllərində isə Mirməhəmməd Kərim Bakuvi və Məhəmmədhəsən Mövlazadə Azərbaycan dilində Qurani-Kərimin təfsirlərini hazırlayıb nəşr etdirmişlər. Qurani-Kərimin hikmətləri vasitəsilə insanların maariflənməsi üçün xalqımızın ümummilli lideri Heydər Əliyevin himayəsi, Şeyxülislam hacı Allahşükür Paşazadə Həzrətlərinin və görkəmli ilahiyyatçı alim Vasim Məmmədəliyevin səyləri ilə Qurani-Kərim Azərbaycan dilində kütləvi nəşr edilmişdir.

Qeyd olunub ki, bu gün müqəddəs kitabımızı Azərbaycan dilində oxuyanlar bir daha görürlər ki, İslam dini özündən əvvəlki dinləri və peyğəmbərləri inkar etmir, əksinə İslam dini başqa dinlərə dözümlülük təlqin edir. Bu isə cəmiyyətdə dini həmrəylik yaradılmasına öz töhfəsini verən əhəmiyyətli tarixi addımdır. 70 il ərzində ateizmin təbliğ olunduğu Sovetlər Birliyindən sonra dini dəyərlərə qayıdışın cəmiyyətin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində mühüm rola malik olduğunu diqqətdə saxlayan Ümummilli Liderimiz bəyan edirdi ki, “Azərbaycanda nəinki din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur”.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə müsəlmanların, xristianların və yəhudilərin bərpa edilərək yenidən istifadəyə verilən məscidlərdə, kilsələrdə və sinaqoqlarda azad şəkildə ibadət etmələri, dini və ya məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi missiyasıdır. Bu missiya hazırda ölkəmizdə uğurla davam etdirilir. Yaşadığımız dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində isə təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda dinlər arasında qarşılıqlı hörmət, mehriban münasibətlər və birlik hökm sürür. İndi Azərbaycan yalnız iqtisadi göstəriciləri ilə deyil, həm də dini dözümlülük və tolerantlıq sahəsində qazandığı nailiyyətlərlə dünyada tanınır və nümunə göstərilir. Reallıq ondan ibarətdir ki, dövlətimiz dini həmrəyliyə təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır, ölkəmiz dinlərarası beynəlxalq dialoqa öz töhfəsini verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu”.

“Ölkə Prezidenti tərəfindən elan olunmuş “İslam Həmrəyliyi İli”ndə insanlar, xalqlar və dinlər arasında həmrəylik mühüm əhəmiyyət daşıyır”, - deyən Ali Məclisin Sədri belə bir dövrdə “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransın ölkəmizdə möhkəm əsasları yaradılmış dini həmrəyliyə töhfəsini verəcəyinə əminliyini bildirib, konfransa öz işində uğurlar arzulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşıb. Dahi şəxsiyyətin ideyaları bəşəri idi. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər də Ulu Öndərin ideyalarının bəhrəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də dövlət-din siyasəti uğurla davam etdirilir, dini həmrəylik möhkəmləndirilir. Dövlət başçısının Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması da bu tədbirlərin davamıdır.

Qeyd olunub ki, Naxçıvan tarixən dini-mənəvi dəyərlərin qorunub saxlanıldığı yer olub. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, dini dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Həyata keçirilən bu tədbirlər imkan verəcəkdir ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla həyata keçirsin. Eyni zamanda, “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransın Naxçıvanda keçirilməsi də dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi bu işə öz töhfəsini verəcəkdir.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət quruculuğu yolu həm də ölkəmizdə dini-mənəvi dəyərlərin yaşadılmasında yeni mərhələnin əsasını qoyub. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə dinlər arasında qarşılıqlı inam bərpa olundu, məscidlər tikildi, dindarlar üçün hərtərəfli şərait yaradıldı. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlər, dini dözümlülük və həmrəylik nümunə gücündədir. Qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda da dini dəyərlərə hörmətlə yanaşılır, dini-mədəni abidələr bərpa olunur. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar həyata keçirilən tədbirlər, eləcə də bugünkü konfrans bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymaqla bu sahədə sağlam ideologiya yaradıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, qanunvericilik bazası formalaşdırılıb. Bu gün Azərbaycan ölkə başçısının rəhbərliyi ilə beynəlxalq aləmdə multikulturalizmə, dinlərarası dialoqa və həmrəyliyə öz töhfəsini verir. Hazırda ölkəmizdə 2400-dən çox məscid var, 783 dini icma fəaliyyət göstərir, dini məbədlər bərpa olunur. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bugünkü konfransın İslam Mədəniyyətinin Paytaxtı Naxçıvanda keçirilməsi və müzakirələrin aparılması isə ölkəmizdə bu sahədə görülən işlərin davamı kimi qiymətləndirilməlidir.

Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışında qeyd edib ki, ulu öndərimiz Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə Azərbaycan dövlətçiliyinin əsasını müəyyənləşdirib. Məhz həmin dövrdə Naxçıvan, ümumilikdə isə ölkəmiz çətin günlərini yaşayırdı. Lakin dahi şəxsiyyət Azərbaycanı düz yola çıxardaraq bugünkü inkişafının - tərəqqi yolunun əsasını qoyub. Heydər Əliyev yolu sülh, dostluq, həmrəylik yoludur. Bu gün ölkə başçısının bu yolu uğurla davam və inkişaf etdirməsinin nəticəsidir ki, Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq dünyada sülhə, sabitliyə və dini həmrəyliyə öz töhfəsini verir.

Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev konfransın əhəmiyyətindən bəhs edərək deyib ki, müasir dövrümüzdə dini həmrəylik aktual məsələdir. Bütün dünya dini həmrəyliyə və vəhdətə böyük ehtiyac duyur. Belə bir dövrdə Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin multikulturalizmin və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində gördüyü işlər böyük əhəmiyyət daşıyır. Ölkəmizdə dinin elmi cəhətdən öyrənilməsi və təbliği, eləcə də dini kadrların hazırlanması bu işə öz töhfəsini verir. Qürurverici haldır ki, bu gün dini həmrəyliyin bütün dünyada qəbul olunan Azərbaycan modeli yaradılıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki, dinlərarası dialoqa böyük ehtiyac duyulduğu bir dövrdə Azərbaycanda bütün dinlərin nümayəndələri həmrəylik və birlik şəraitində fəaliyyət göstərirlər. Bu da ümummilli lider Heydər Əliyevin dinin cəmiyyət həyatında rolunu yüksək qiymətləndirməsinin nəticəsində mümkün olub. Dahi rəhbər dini konvensiyaların fəaliyyətinə böyük qayğı göstərib, məscidlər, kilsələr bərpa olunaraq dindarların istifadəsinə verilib, bütün dinlərin müqəddəs bayram və günlərinin dövlət səviyyəsində qeyd olunması ənənəsinin əsası qoyulub. Bu gün də Azərbaycan multikulturalizm və dini həmrəylik sahəsindəki təcrübəsini bütün dünya ilə bölüşür. Sevindirici haldır ki, Nuh Peyğəmbərin vətəni Naxçıvanda keçmişə və dini-mənəvi dəyərlərin qorunub yaşadılmasına düşünülmüş münasibət var. İnsan sivilizasiyasının mərkəzi olan Naxçıvanda tarix və dini-mədəni abidələr bərpa olunur. Dini həmrəyliklə bağlı konfransın keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib ki, Heydər Əliyev dühası min illər bundan sonra da Azərbaycanı xoş gələcəyə aparan yola şəfəq salacaqdır. Heydər Əliyev siyasi məktəbinin əsasında həmrəylik, birlik və dostluq dayanırdı. Dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycan bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dini həmrəyliyə həsr olunmuş bugünkü konfrans Azərbaycanın bütün dünyaya verdiyi daha bir həmrəylik çağırışıdır. Ölkəmizdəki sabitliyi, əmin-amanlığı, həmrəylik və tolerantlığı qoruyub saxlamaq, bu sahədə görülən işlərə öz töhfəmizi vermək üçün bundan sonra da bütün dinlərin nümayəndələri birlik nümayiş etdirməlidirlər.

Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete vurğulayıb ki, ulu öndər Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün görkəmli şəxsiyyətdir. Məlum olduğu kimi keçmiş Sovetlər Birliyi dövründə Azərbaycanda bütün dinlərin nümayəndələri çətinliklərlə qarşılaşırdı. Lakin dahi rəhbər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq bu sahədə tədbirlər həyata keçirdi, müstəqillik dövründə isə bütün çətinliklərə son qoyuldu. Azərbaycanda kilsələr bərpa olundu, digər dinlərin nümayəndələri ilə yanaşı, xristianlar üçün də hərtərəfli və sərbəst ibadət şəraiti yaradıldı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə gördüyü işlər, dini həmrəyliyin möhkəmləndirilməsi böyük məmnunluq doğurur. Müxtəlif xalqlar və dinlərdən olan insanlar sülh və mehribanlıq şəraitində yaşayırlar. Roma Papasının Azərbaycana səfəri və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində görülən işlərə yüksək qiymət verməsi bunu bir daha təsdiq edir.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev deyib ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli mənəvi dəyərlərimiz qorunur, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunaraq dindarların istifadəsinə verilir. Ölkəmiz müstəqillik qazandıqdan ötən dövr ərzində muxtar respublika ərazisində 74 məscid tikilib, 95 məscid yenidən qurulub və ya bərpa olunub. Hazırda bir yeni məscidin tikintisi və 2 imamzadə binasında bərpa işləri davam etdirilir. Ümumilikdə muxtar respublika ərazisində 211 məscid fəaliyyət göstərir. Muxtar respublikada dini bayramlar, ayinlər və yas mərasimlərinin milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə tədbirlər görülür. Dini mərasimləri idarə edən 278-i kişi, 180-i isə qadın olmaqla, 458 dini fəaliyyətlə məşğul olan şəxs attestasiyadan keçirilib. Onlar ödənişsiz olaraq yay və qış fəslinə uyğun iki dəstdən ibarət vahid geyim forması ilə təmin olunurlar. Naxçıvanda ali dini təhsilli kadrların hazırlanması istiqamətində də ciddi addımlar atılıb, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılaraq fəaliyyətə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Sabir Həsənli çıxış edərək deyib ki, Ümummilli Liderimizin ölkəmizə rəhbərliyi dövründə dini etiqad azadlığının əsası qoyuldu. Dahi şəxsiyyətin dini mərasimlərdə iştirak və çıxış etməsi, qarşıya qoyduğu vəzifələr dövlət-din münasibətlərinin və dini həmrəyliyin təmin olunması sahəsində mühüm mərhələ təşkil edib. Ulu Öndərin təməlini qoyduğu dövlət-din siyasəti həm də ölkəmizdə dini həmrəyliyi daha da möhkəmlədib. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi yolun ölkə başçısı tərəfindən davam etdirilməsi həm də dövlət-din münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyub. Naxçıvanda dini dəyərlərə qayğı ilə yanaşılması, məscidlərin tikilməsi, dindarlar üçün hərtərəfli ibadət şəraitinin yaradılması da bu tədbirlərin davamı kimi məmnunluq doğurur.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək deyib ki, konfrans olduqca aktual məsələyə həsr olunub. Azərbaycanda İslam həmrəyliyi, İslama çağırış qlobal xarakter daşıyır. Son illər ölkə Prezidenti tərəfindən müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparılır. Azərbaycan həmrəyliyi bütün dünyaya bəyan edir. Bu gün Azərbaycanda dini həmrəyliyin təmin olunması sahəsində görülən işlər Naxçıvanda da uğurla davam etdirilir. Azərbaycanın dilbər guşəsi, fədakar insanların yaşadığı Naxçıvanda dini həmrəyliklə bağlı konfransın keçirilməsi də ulu öndərimiz Heydər Əliyevin dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində müəyyənləşdirdiyi vəzifələrin uğurlu bəhrələrindəndir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Dünya Azərbaycanlılarının həmrəyliyinin əsasını qoyması və müstəqillik illərində ölkəmizdə yaşayan bütün xalqların birliyinin ifadəsi olan azərbaycançılığı dövlətçilik ideologiyası səviyyəsinə qaldırması onun bəşəriyyət qarşısındakı xidmətləridir. Eyni zamanda, dövlət başçısının rəhbərliyi ilə multikulturalizmin, tolerantlığın və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində görülən işlər ölkəmizdə daxili sabitliyi təmin etməklə yanaşı, həm də bəşəri həmrəyliyə Azərbaycanın verdiyi töhfəni aydın şəkildə ifadə edir. Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunması sahəsində ardıcıl işlər görülür, dini maarifçilik ümumi maarifçiliyin tərkib hissəsi kimi inkişaf etdirilir. Bu mənada Naxçıvanda dini həmrəyliklə bağlı konfransın keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki Naxçıvan dünya tufanından sonra bütün dinlərin və xalqların həyatının başlandığı böyük sivilizasiya mərkəzidir. Nuh Peyğəmbərin Naxçıvandakı türbəsi həmrəyliyə, birliyə, sülhə, ümumilikdə isə insanlığın xoşbəxt gələcəyinə ucaldılmış tolerantlıq abidəsidir. Naxçıvan həmrəyliyin Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkandır. Bütün bunlar 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirəcəyinə və gələcəkdə təşəbbüs olarsa, Avropa Mədəniyyətinin Paytaxtı kimi də bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminlik yaradır.

Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır