REGİONLAR


Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə qanvermə aksiyası təşkil olunub

Naxçıvan, 31 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi muxtar respublikada uşaqların sağlamlığının qorunması istiqamətində görülən kompleks tədbirlərə töhfə verir, üzərinə düşən vəzifələri uğurla icra edir.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görülən işlərin davamı olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə komitənin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 33 əməkdaşları aksiyada iştirak ediblər. Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçiriliblər. Aksiyada hemofiliyalı və talassemiyalı uşaqlara köçürülmək üçün, ümumilikdə, 15 litr qan toplanılıb.

Qeyd edək ki, muxtar respublikada qanvermə aksiyasının keçirilməsi ənənəvi hal alıb. Belə ki, artıq 11 ildir müvafiq təşkilatların əməkdaşları Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində könüllü olaraq aksiyada iştirak edirlər. Əsas məqsəd muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.