CƏMİYYƏT


Naxçıvanda Vətən müharibəsi şəhidi Əli Məmmədovun anım tədbiri keçirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsi şəhidi Məmmədov Əli Abbas oğlunun anım tədbirində iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində keçirilən şəhidin il mərasimində çıxış edən Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi və tarixi Qələbəmiz barədə danışıb. Bildirib ki, bu tarixi Qələbəyə Əli Məmmədov və onun döyüş yoldaşları kimi qəhrəman oğullarımızın qanı, canı bahasına nail olunub. Ermənistan aparılan bütün danışıqlara və göstərilən səylərə baxmayaraq, ərazilərimizi 30 il işğal altında saxladı, işğalçılıq siyasətindən əl çəkmədi. Nəhayət qəhrəman oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz bərpa olundu, ədalət öz yerini tapdı.

“Hər bir şəhidimizin xatirəsi əzizdir, onların müqəddəs ruhları qarşısında baş əyirik”, - deyən Adil Əliyev bildirib ki, şəhidlərimizin ailələri və qazilər ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.