Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda akademik İsmayıl Hacıyevin 70 illik yubileyi qeyd olunub

Naxçıvanda akademik İsmayıl Hacıyevin 70 illik yubileyi qeyd olunub

Naxçıvan, 22 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri Vasif Talıbovun akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, yanvarın 21-də AMEA Naxçıvan Bölməsində “Akademik İsmayıl Hacıyev – 70” mövzusunda yubiley tədbiri keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Bilik Fondunun sədr müavini Surə Seyid çıxış edərək deyib: “İsmayıl Hacıyev Naxçıvanda yaşayıb-yaradan alimlər içərisində öz elmi məktəbini yarada bilib. Elmi rəhbərliyi ilə 9 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanıb. Rəhbərlik etdiyi dissertasiya şurasında 120-dək iddiaçı dissertasiya müdafiə edərək elmi dərəcələr alıb. O, müxtəlif illərdə Rusiya, Türkiyə, İran, İngiltərə, Polşa, Misir, Çexiya, Cənubi Koreya, Tunis, İtaliya və digər ölkələrdə keçirilən elmi tədbirlərdə iştirak edib, əsərləri müxtəlif dillərdə çap olunub”.

Qeyd edilib ki, akademik İsmayıl Hacıyevin elmi fəaliyyətində tarixşünaslıq elmini, Vətən tarixi, eləcə də Naxçıvanşünaslığı özünə elmi istiqamət kimi seçməsi tədqiqatçı-alim kimi yetişməyində əsas rol oynayıb. Bundan başqa, o, Azərbaycan ədəbiyyatı, toponimika, iqtisadiyyat, arxeologiya, etnoqrafiya, sənətşünaslıq kimi sahələrdə də axtarışlar aparıb, məqalələr nəşr etdirib. İsmayıl Hacıyevin Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan haqqındakı tədqiqatları, ilkin şəhər mədəniyyətinin yaranması və formalaşması haqqındakı fikir və mülahizələri sivilizasiyaların tarixinə həsr edilmiş qiymətli elmi mənbələrdir. Dünyanın bir sıra ölkələrində keçirilən 60-dan artıq simpozium və konfransın iştirakçısı olan İsmayıl Hacıyev həm də nüfuzlu elmi qurumların və xarici jurnalların redaksiya heyətinin üzvüdür. 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülən, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə “Dialoq Avrasiya Platforması”na və “Dialoq Avrasiya” jurnalının redaksiya heyətinə üzv seçilən akademik İsmayıl Hacıyev 2010-cu ildə ABŞ Bioqrafiya İnstitutunun Qızıl Medalı ilə təltif olunub. Akademik İsmayıl Hacıyevin elmi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, çoxcəhətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamları ilə 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. 2011-ci ildə akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanına layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 21 yanvar tarixli Sərəncamı ilə muxtar respublikada elm sahəsində səmərəli fəaliyyətinə görə akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilib.

Konfransa onlayn şəkildə qoşulan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alim İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə Tədbirlər Planının təsdiq olunmasını, ümumilikdə, muxtar respublikada elm sahəsinə, onun inkişafına verilən yüksək qiymət olduğunu vurğulayıb.

İsa Həbibbəyli qeyd edib ki, akademikin elmi axtarışları, bu sahədə əldə etdiyi zəngin tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyəti də təqdirəlayiq və çoxcəhətlidir. Elmə, təhsilə böyük sevgisi, zəhmətsevərlik, tarixi keçmişimizi öyrənmək həvəsi, qazandığı zəngin təcrübəsi İsmayıl Hacıyevin Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor və tədris işləri üzrə prorektor vəzifələrində uğurla çalışmasına zəmin yaradıb. Görkəmli alimin Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərməsi, Azərbaycanın tarixi coğrafiyası, XVIII-XX əsrlər Azərbaycan tarixi fənlərinin tədrisini aparması, hazırladığı bir sıra dərs və tədris vəsaitləri onun uğurlu pedaqoji fəaliyyətinin göstəriciləridir.

İsa Həbibbəyli deyib: “Akademik İsmayıl Hacıyevin elmi fəaliyyətini xarakterizə etdikdə aydın olur ki, o, hər şeydən əvvəl, Azərbaycan tarixinin müxtəlif problemləri ilə əlaqədar uğurlu və ciddi tədqiqatlar aparan zəhmətkeş alimdir. Görkəmli alim ayrı-ayrı dövrlərdə apardığı tədqiqatlarda Azərbaycan tarixinin ən müxtəlif problemləri ilə məşğul olub, bir sıra məsələlərin ilk tədqiqatçısı kimi tariximizə elmi yeniliklər gətirib, yorulmaz, gərgin əməyi sayəsində arxivlərdən əldə etdiyi dəyərli sənədlər əsasında mübahisəli və qaranlıq məsələləri aydınlaşdırıb, özünəxas təhlil süzgəcindən keçirib, müqayisələr apararaq nəticələrə varmağı bacarıb. 1999-cu ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını Naxçıvan Muxtar Respublikasının Azərbaycanın milli dövlətçilik tarixində yeri məsələsinə həsr edən İsmayıl Hacıyev mövzu üzərində araşdırmalarını sonrakı illərdə də uğurla davam etdirib, tədqiqatlarının nəticəsi olaraq 2018-ci ildə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı mükəmməl monoqrafiya ərsəyə gətirib. Elmi ictimaiyyət və geniş oxucu auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanan əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının mükafatına layiq görülüb”.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycançılıq ideologiyasının təbliği, ictimai və humanitar elmlərin, o cümlədən tarixşünaslıq elminin, ictimai fikrin, Naxçıvanşünaslıq elminin, müasir Azərbaycan cəmiyyətinin inkişafına şərəf və məsuliyyətlə xidmət edən İsmayıl Hacıyevin elmi fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, nəzəri irsinin tədqiqi mühüm mərhələ təşkil edir. Onun müxtəlif vaxtlarda nəşr etdirdiyi monoqrafiyaları və çoxsaylı məqalələri bu barədə zəngin baza xarakteri daşıyan sanballı əsərlərdir ki, bu tədqiqat işləri bir növ görkəmli alimin milli dövlətçilik tariximizin dərindən araşdırılaraq öyrənilməsi yolunda atdığı mütərəqqi addımların davamı kimi də xüsusi dəyərləndirilir və çox qiymətli mənbə rolunu oynayır.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Akademik İsmayıl Hacıyev görkəmli elm təşkilatçısı kimi”, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva “Naxçıvan elm məktəbinin akademik nümayəndəsi”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov “Akademik İsmayıl Hacıyev tarixçi alim və pedaqoq kimi”, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvanşünaslığın tədqiqi və təbliğində İsmayıl Hacıyevin rolu” mövzularında çıxışlar ediblər.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında ölkəmizdə, eləcə də muxtar respublikada həyata keçirilən elm siyasətindən, bu sahədə əldə olunan uğurlardan, elmi nailiyyətlərdən geniş bəhs edib, yubileyinin keçirilməsinə, əməyinə verilən yüksək qiymətə görə Ali Məclisin sədrinə minnətdarlığını bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı