REGİONLAR


Naxçıvanda beş ildə sahəsi 31 min 369 kvadratmetr olan 15 istixana təsərrüfatı fəaliyyətə başlayıb

Naxçıvan, 2 mart, AZƏRTAC

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublikada ümumi sahəsi 31 min 369 kvadratmetr olan 15 istixana təsərrüfatı yaradılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu gün muxtar respublikada 139 min 555 kvadratmetr sahədə 31 müasir istixana kompleksi fəaliyyət göstərir.

Qeyd edək ki, dövlət maliyyə yardımına innovasiya dəstəyinin də əlavə olunması meyvə-tərəvəzçilik sahəsində müasir dövrün tələblərinə uyğun yeni təsərrüfatların yaranması ilə nəticələnir. Bunlardan ən çox diqqət cəlb edəni isə istixana təsərrüfatlarıdır. Məhsuldar fəaliyyət və bol gəlir yeni istixana təsərrüfatlarının yaradılmasını şərtləndirən mühüm amillərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.