REGİONLAR


Naxçıvanda cəzaçəkmə müəssisəsində profilaktik tibbi müayinələr aparılıb

Naxçıvan, 25 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumları profilaktik müayinələrdən keçirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müəssisənin tibbi sanitar hissəsinin həkim və orta tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində 62 nəfərdən ümumi, həmçinin hepatit B, C, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülüb.

Sonra yüksəkixtisaslı həkimlər tərəfindən müayinələr aparılıb. 24 nəfər USM, 12 kardioloji xəstə EKQ müayinəsindən keçirilib. 24 nevroloji, 18 uroloji, 20 terapevtik xəstə tibbi müayinələrlə əhatə olunub.

Profilaktik tibbi müayinələr Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən davam etdirilərək 79 məhkum ftiziatr müayinələrindən keçirilib. Ağır xəstəlik halları müşahidə olunmayıb. Aşkarlanan xəstəliklərin müalicəsi müvafiq səhiyyə müəssisələrində həyata keçirilir.

Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadaları tərəfindən də tibbi müayinələr aparılır, əlaqədar təyinatlar məhkumların tibbi kitabçalarına qeyd olunur. Onların dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülür, həmçinin mövsümi xəstəliklər barədə səhiyyə maarifi işləri aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.