REGİONLAR


Naxçıvanda daun sindromlu şəxslərə bayram hədiyyələri verilib

Naxçıvan, 20 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 21 Mart - Ümumdünya Daun Sindromlu İnsanlar Günü münasibətilə Naxçıvan şəhərində tədbir təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara göstərilən dövlət qayğısından danışıblar.

Vurğulanıb ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyalarını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmə, onun Şərur və Ordubad rayonlarındakı bölmələri, əmək terapiyası, təlim bərpa, artterapiya, kinekt-oyunlar otaqları, həmçinin psixoloji dəstək xidməti, Uşaq Bərpa Mərkəzində isə multisensorlu və erqoterapiya reabilitasiya otaqları, habelə idman bölmələri yaradılıb.

Sonra çıxış edən valideynlər göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib.

Sonda daun sindromlu 70 şəxsə bayram hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.