REGİONLAR
Naxçıvanda dəqiq fənlər üzrə olimpiadanın birinci mərhələsi yekunlaşıb
Naxçıvan, 14 dekabr, AZƏRTAC
Muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında fənn olimpiadalarının birinci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın şəhər və rayonlarında, ümumilikdə, 1018 nəfər şagirdin iştirak etdiyi olimpiada Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya və ingilis dili fənləri üzrə 7, 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında təşkil olunub. Bu mərhələdə şagirdlərə 20 qapalı və 10 açıq tipli olmaqla, ümumilikdə, 30 test sualını cavablandırmaq üçün iki saat vaxt ayrılıb.
Dekabrın 20-dək fənn olimpiadasının birinci mərhələsində qalib gələn şagirdlərin adı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yaradılmış təşkilat komitəsi tərəfindən dəqiqləşdiriləcək və onlar muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Gələn ilin yanvar ayında keçiriləcək olimpiadanın muxtar respublika mərhələsində münsiflər heyəti tərəfindən tədris proqramına əsasən, 20-30 açıq test sualı təqdim olunacaq.
Olimpiadanın final mərhələsində qalib gələn şagirdlər muxtar respublika təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.