REGİONLAR


Naxçıvanda ehtiyata buraxılmış zabitlərə vəsiqələr təqdim edilib

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, cari ilin iyul ayında Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 7-ci ehtiyat zabit hazırlığı kursunu bitirərək ehtiyata buraxılmış zabitlərə vəsiqələr təqdim edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək ümummilli lider Heydər Əliyevin hərbi elmi əsaslarla yaratdığı Azərbaycan Silahlı Qüvvələrinin bu gün Cənubi Qafqazın ən güclü, peşəkar ordusuna çevrildiyini bildirib. Kərəm Mustafayev vurğulayıb ki, Ümummilli Liderimizin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş muxtar respublikada da qətiyyətlə aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə ordu, birləşmə və hissələr mühüm təşkilatlanma yolu keçərək günbəgün daha da güclənir. Keçirilən təlimlərdə peşəkarlığı artan hərbi qulluqçularımız ən çətin döyüş tapşırığının öhdəsindən layiqincə gəlirlər.

“Son dövrlər hərbi xidmətə marağı artan gənclərimiz hazırlıq kurslarında iştirak edərək peşəkar hərbçi kimi yetişirlər. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində növbəti ehtiyat zabit hazırlığı kursunda 163 nəfər iştirak edib”- deyən Kərəm Mustafayev diqqətə çatdırıb ki, onlardan 32 nəfəri kursu bitirdikdən sonra ordu sıralarında xidmətini davam etdirib, 131-i isə ehtiyata buraxılıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev, fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyev ölkəmizdə aparılan genişmiqyaslı ordu quruculuğundan və muxtar respublikamızın etibarlı müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıblar.

Çıxış edənlər müvafiq qurumlarda iş imkanı olduğunu bildirərək, ehtiyatda olan zabitlərə ixtisaslarına uyğun iş yerləri təklif ediblər.

Sonda ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək ilkin zabit rütbəsi almış gənclərə vəsiqələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.