REGİONLAR


Naxçıvanda ənənəvi “Kətə” festivalı keçirilir

Naxçıvan, 16 aprel, AZƏRTAC

“Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalına start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunur. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikada milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Göstərilən dövlət qayğısı nəticəsində son illərdə xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin də sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində ardıcıl işlər görülür. İndiyədək yüksək səviyyədə təşkil olunaraq keçirilən “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları – bal”, “Göycə” və digər festivallar məhz qədim diyarımızın zəngin süfrə ənənələrini özündə əks etdirməklə yanaşı, həm də bu tədbirlərə kütləvi marağın olması ilə diqqət çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.