CƏMİYYƏT


Naxçıvanda gənc oftalmoloqların elmi konfransı keçiriləcək

Bakı, 29 iyun, AZƏRTAC

Bu il noyabrın 30-da Naxçıvanda gənc oftalmoloqların “ Müasir oftalmologiyanın son nailiyyətləri və problemləri” mövzusunda elmi konfransı keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, konfransda qlaukoma, vitreoretinal patologiya, gözün distrofik və damar xəstəlikləri, oftalmoanesteziologiya, lazer cərrahiyyəsi, habelə digər oftalmoloji məsələlər müzakirə ediləcək.

Çıxışlar və məqalələr üçün müraciətlər sentyabrın 1-dək qəbul edilir. Tədbirin təşkilat komitəsinin verdiyi məlumata görə, konfransın materialları məqalə şəklində “Oftalmologiya” jurnalında dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.