REGİONLAR


Naxçıvanda gənc rəssamların hesabat sərgisi və vəsiqələrin təqdimatı olub

Naxçıvan, 25 noyabr, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda birliyin nəzdində yeni yaradılan Gənc rəssamlar bölməsi üzvlərinin hesabat sərgisi və onlara üzvlük vəsiqələrinin təqdimat mərasimi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində ilk dəfə olaraq yaradılan Gənc rəssamlar bölməsinin muxtar respublikada rəssamlıqla məşğul olan gənclərin yoluna işıq olacağını bildirib.

Qeyd olunub ki, buraya üzv olan və yaxud üzv olmaq istəyən gənclər professional rəssamlarımızla bir yerdə işləyə, fikir mübadilələri apara, yeni layihələr irəli sürə biləcəklər. Gələcəkdə onların sərgilərinin keçirilməsi də nəzərdə tutulur.

Vurğulanıb ki, bu gün hesabat sərgisi keçirilən, eləcə də üzvlüyə qəbul edəcəyimiz gənclər içərisində muxtar respublikanın ali və orta ixtisas müəssisələrinin tələbələri, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan rəssamlar iştirak edir. Onların içərisində təsviri incəsənət və rəngkarlıq ixtisasında, həmçinin qeyri-ixtisas fənləri üzrə təhsil alan gənclər də vardır. Biz həm də imkan yaradırıq ki, qeyri-ixtisaslar üzrə təhsil alan, lakin rəssamlığa böyük maraq göstərən gənclərimizin də bu vasitə ilə potensialları üzə çıxarılsın.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Məhəmmədəli Ələkbərov və Əli Səfərov, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və digərləri çıxış edərək sərgisi təşkil olunan gənc rəssamlar barədə fikirlərini bölüşüb, onlara tövsiyələrini verib, fəaliyyətlərində uğurlar arzulayıblar.

Gənclərə Rəssamlar Birliyinin diplomları və Gənc rəssamlar bölməsinə üzvlük vəsiqələri təqdim edildikdən sonra sərgiyə baxış olub. Sərgidə 25 gənc rəssamın dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika növünə aid mənzərə, natürmort, portret janrlarında müxtəlif mövzularda 75 rəsm əsəri nümayiş etdirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.