REGİONLAR


Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi 39,2 faiz artıb

Naxçıvan, 24 may, AZƏRTAC

Muxtar respublikada təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılır. Bunun nəticəsində 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 95 milyon 907 min 100 manat məbləğində kreditlər verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, bir il öncəki göstəricidən 39,2 faiz çoxdur. Verilmiş kreditlərin 8 milyon 433 min 100 manatı və yaxud 8,8 faizi qısamüddətli, 87 milyon 474 min manatı və yaxud 91,2 faizi uzunmüddətli kreditlər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.