REGİONLAR


Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə geyimlər təqdim edilib

Naxçıvan, 21 fevral, AZƏRTAC

Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə dini icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev ölkəmizdə dövlət-din siyasətindən danışıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsinin, tolerantlıq mühitinin formalaşdırılmasının, milli-mənəvi dəyərlərə qayğı siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dahi şəxsiyyətin siyasəti ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan tolerantlıq məkanı kimi bütün dünyada böyük nüfuz qazanıb.

“Din xadimlərinə dövlət vəsaiti hesabına hər il geyimlərin verilməsi muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin, dövlətin dinə və dindarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”, - deyən Vüqar Babayev qeyd edib ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətinə ciddi nəzarətin təşkil olunması məqsədilə hər ay Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində 17 icma rəhbərinin iştirakı ilə iclaslar təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri, Naxçıvan Muxtar Respublikası qazısı Sahib Məmmədov din xadimlərinə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. Şura sədri qeyd edib ki, muxtar respublikada 212 məscid, 26 pir mövcuddur. Bütün bu dini yerlər hərtərəfli qayğı ilə əhatə olunur. Bu gün muxtar respublikada dini mərasimlərdə və yas mərasimlərində din xadimlərinin geyim formasında olmasına və həmin tədbirlərin yüksək səviyyədə aparılmasına ciddi nəzarət edilir.

Çıxışlardan sonra dini icma rəhbərlərinə və din xadimlərinə geyimlər təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.