REGİONLAR


Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 3,5 faiz artıb

Naxçıvan, 29 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 24 milyon 765 min 400 manat olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,5 faiz çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 17 milyon 954 min 400 manat təşkil edib və bir il öncəyə nisbətdə 1,6 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.