REGİONLAR


Naxçıvanda istehsal və xidmət sahələrində müasir keyfiyyət standartlarının tətbiqi diqqət mərkəzindədir

Naxçıvan, 26 noyabr, AZƏRTAC

İstehsal və xidmətin bütün sahələrində müasir keyfiyyət standartlarının tətbiqinə nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir sıra tədbirlər həyata keçirir.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilib, ay ərzində, ümumilikdə, məhsul nümunələrinin 347 halda, o cümlədən qida məhsullarının 337 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunub və bu istiqamətdə nöqsan aşkar edilməyib.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması prioritet vəzifə kimi diqqətdə saxlanılır. Bu məqsədlə hesabat ayı ərzində 29 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə, ümumilikdə, 140 halda texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu yoxlanılıb və nöqsan aşkar olunmayıb.

Yüksəkkeyfiyyətli bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Naxçıvanda bu sahənin davamlı inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bal məhsullarının 17 halda laboratoriya analizləri aparılıb, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Ailə təsərrüfatı modelinin dəstəklənməsi işi muxtar respublikada davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində oktyabr ayı ərzində, ümumilikdə, 3 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməkliklər göstərilib. Ötən ay Şahbuz, Babək, Ordubad, Culfa, Şərur, Kəngərli və Sədərək rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə yerlərdə meyvəçilik, bostançılıq və tərəvəzçiliklə məşğul olan ailə təsərrüfatları ilə görüşlər keçirilib, qurudulmuş və qablaşdırılmış məhsul istehsalının təşkili, onların düzgün etiketlənməsi istiqamətində maarifləndirici söhbətlər aparılmış, qurudulmuş meyvə və tərəvəz məhsullarından 42, ümumi məhsullardan 241 halda nümunələr götürülərək laboratoriyaya təqdim olunub, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların və standartın tələblərinə uyğun olduğu müəyyən edilib.

İstehlakçıların ailə təsərrüfatı məhsulları haqqında rahat məlumat əldə edə bilməsi və ailə təsərrüfatı məhsullarının aktiv satışının təşviqi məqsədilə hazırlanan “Kənddən al” mobil tətbiqinin məlumat bazasının aktuallaşdırılması istiqamətində birgə fəaliyyət davam etdirilib, yeni məlumatların yerləşdirilməsi üçün 6 ailə təsərrüfatının istehsal etdiyi məhsullar haqqında məlumatlar “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinə təqdim olunub.

Oktyabr ayında ev şəraitində araq istehsalı ilə məşğul olan 1 ailə təsərrüfatında minifiltr qurğusunun quraşdırılması təmin edilib və müvafiq ailə təsərrüfatlarının sayı 34-ə çatıb. Ailə təsərrüfatları nümayəndələri ilə keçirilən görüşlərdə minifiltr qurğuları haqqında məlumat verilib, bunlara ehtiyacı olan ailə təsərrüfatlarının qeydiyyatı aparılıb və köməklik göstərilməsi məqsədilə yeni avadanlıqların gətirilməsi üçün sifariş verilib.

Alkoqollu içkilərin standartlara uyğunluğu ciddi nəzarətdə saxlanılır. Bu istiqamətdə oktyabr ayı ərzində alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 9 halda, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Xidmət sektoru əhalinin hər gün istifadə etdiyi və keyfiyyət standartlarına həssas olan obyektlərdən olduğu üçün 14 ət satışı mağazasına, 66 ictimai iaşə və xidmət sahəsinə, 234 ərzaq və qeyri-ərzaq mağazasına maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması təmin edilib. Həmçinin metroloji norma və qaydalara uyğun olaraq 1090 ölçmə vasitəsi yoxlanılıb.

Xarici bazarlara çıxış imkanlarının artırılması, xüsusilə diqqət mərkəzindədir. İstehlak bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi, ailə təsərrüfatları məhsullarının ixracına dəstək göstərilməsi istiqamətində təsərrüfat subyektləri ilə 20 halda informativ xidmət üzrə müqavilə bağlanaraq istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə beynəlxalq mühafizəsi üçün xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. İxrac istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının yüksələn iqtisadi aktivliyi tərəfimizdən dəstəklənir. Belə ki, Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilir.

Hesabat ayında payız-qış mövsümünə hazırlıq da diqqətdə saxlanıb. 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasında keçirilən müşavirədə standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz məişət cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması barədə verilən tapşırıqların icrasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə hazırlanan iş planına uyğun olaraq tədbirlər həyata keçirilib. Belə ki, ümumilikdə, 2713 cihaza, o cümlədən 20 elektrik, 2693 qaz məişət cihazına baxış keçirilib və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 20 elektrik və 55 qaz məişət cihazının idxalına icazə verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.