REGİONLAR


Naxçıvanda kartof və tütün istehsalı müvafiq olaraq 10,3 faiz və 66,6 faiz artıb

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Muxtar respublikada tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb, 2021-ci ildə 3470 hektar sahədə kartof əkini aparılıb. Bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 229 hektar çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əkin sahələrindən 54 min 689 ton kartof yığılıb. Bu, bir il öncəki göstəricini 10,3 faiz üstələyir.

2021-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 52,4 hektar sahədə tütün əkini aparılıb ki, bu da bir il öncəki göstəricidən 7,3 hektar çoxdur. Bu il oktyabrın 1-nədək əkin sahələrindən 71,8 ton qurudulmuş tütün tədarük edilib. Bu, bir il öncəki göstəricidən 66,6 faiz çoxdur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.