Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalından REPORTAJ

Naxçıvan, 12 noyabr, AZƏRTAC

Noyabrın 10-11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına böyük maraq var idi. Festivala muxtar respublikanın bütün rayonlarını təmsil edən 319 ailə təsərrüfatı tərəfindən 418 növdə 23 mindən çox qablaşdırılmış məhsul çıxarılmışdı. Adı dillər əzbəri olan Naxçıvan məhsulları - Nehrəm pendiri və qatığı, Ordubad alanası, sucuğu, cəvizi, Şərurun müxtəlif çeşidli ət və balıq məhsulları, meyvə araqları, Sədərək çörəyi, Şahbuz qaymağı və xaması, Qıvraq badamı, Naxçıvan qovurması, mürəbbə və şirniyyatları, eləcə də lavaşlar, turşular, meyvə şirələri iştirakçıların diqqətini çəkirdi. Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri - kəklikotu, qantəpər, yarpız, solmazçiçəyi, dağ nanəsi, şirinbiyan, eləcə də yabanı giləmeyvələr - yemişan, həmərsin və onlardan hazırlanmış müxtəlif məhsullar da qablaşdırılaraq festivala çıxarılmışdı.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı “Ailə təsərrüfatı məhsulları” festivalına baş çəkib, iştirakçılarla həmsöhbət olub. Şərur rayonunun Çərçiboğan kənd sakini, təsərrüfatçı Muqbil Zamanov altı ilə yaxındır ki, meyvədən hazırlanan araq və çaxırların istehsalı ilə məşğuldur. Dövlətimizin dəstəyi ilə ailə təsərrüfatı yaradıb.

“Festivala öz ailə təsərrüfatımda istehsal etdiyim 25 növ müxtəlif meyvə araqları və çaxırlarını gətirmişəm. Həmin məhsullardan yaxşı gəlir əldə edirəm”, – deyən Muqbil Zamanov festivalda bu məhsullara alıcıların böyük maraq göstərdiyini vurğuladı. Belə festivalların təsərrüfat sahiblərinin istehsal etdiyi məhsulları tanıtmaq baxımından əhəmiyyətli olduğunu bildirən müsahibimiz yaradılan şəraitə görə minnətdarlığını bildirdi.

Muxtar respublikamızın nümunəvi ailə təsərrüfatı sahiblərindən biri olan Babək rayonunun Nehrəm kəndində yaşayan Cəmşid Həsənovla da söhbət etdik. Cəmşid Həsənov vurğuladı ki, onun ailəsi uzun illərdir əkinçiliklə məşğuldur. Onun sözlərinə görə, tədarük etdiyi məhsulları Naxçıvan-Culfa magistral yolunun kənarında torpaq mülkiyyətçiləri üçün ayrılmış ərazidə və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında satır. Həmsöhbətimiz bildirdi ki, bu il 80 tona yaxın qovun-qarpızdan yaxşı gəlir əldə edib. Pomidor və xiyar da satışa çıxarılan məhsullar içərisində üstünlük təşkil edir. Son 3 ildə isə əkdiyi pomidorlardan tomat da düzəldir. Ailə üzvləri tərəfindən qablaşdırılan tomat və müxtəlif çeşiddə turşular rayon ərazisində, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən satış obyektlərində alıcılara təqdim olunur. Bu il havaların çox isti keçməsinə baxmayaraq, sahələrdən bol tərəvəz məhsulları əldə edib. Hətta taxıl biçini yekunlaşdıqdan sonra həmin sahələrdə yenidən şum apararaq pomidor əkib. Həmin pomidorlar qızarmadan, turşu tutmaq məqsədilə sahələrdən yığılaraq satışa göndərilib.

Müsahibimiz onu da vurğuladı ki, Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında ilk dəfədir iştirak edir. Festivala qablaşdırılmış tomat və turşular çıxarıb. Cəmşid Həsənov belə festivalların keçirilməsinin torpaq mülkiyyətçiləri üçün böyük bir stimul olduğunu qeyd etdi və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Ailə təsərrüfatı sahiblərindən biri də Ordubad rayonunun Vənənd kəndində yaşayan Yaqut Babayevadır. Onun adı bizə bu ilin may ayında Naxçıvanda keçirilən “Göycə” festivalından tanışdır. Belə ki, həmin festivalda o, “Ən yaxşı göycə” müsabiqəsində ikinci yerə layiq görülərək diplomla təltif olunub. Yaqut xanımla söhbətimiz zamanı bildirdi ki, Vənənd kəndində meyvəçilik tarixən inkişaf etdirilib. Bu ənənə indi də yaşadılır. “Bağımızda müxtəlif meyvə ağacları var. Bu il isə meyvə daha çox olub. Hazırda bu mövsümdə yetişən meyvələri tədarük edirik. Ailə üzvlərimizin köməyi ilə birgə alma, armud, heyva, üzüm, şaftalı və digər meyvələrdən kompot və mürəbbələr hazırlamışıq. Satış üçün onları müxtəlif şüşə qablarda gigiyenik qaydalara uyğun olaraq qablaşdırmışıq. Bu məhsullarla yanaşı, Ordubad meyvələrindən hazırlanmış sucuq, miyanpur, alana kimi ənənəvi məhsulları da yaddan çıxarmamışıq”, - deyə o qeyd etdi.

Yaqut Babayeva qədim zamanlardan sucuq, alana, miyanpur kimi Ordubad süfrələrinin bəzəyi sayılan nemətlərin hazırlanması ənənəsini təsərrüfatında davam etdirdiyini bildirir.

Müsahibimiz vurğuladı ki, budəfəki “Ailə təsərrüfatı məhsulları” festivalına 40 çeşiddən çox məhsul çıxarıb. Bu məhsullar içərisində meyvələrdən hazırlanmış müxtəlif təamlarla yanaşı, qurudulmuş müxtəlif pencər növləri və kəklikotu da var. Muxtar respublikada növbəti dəfə ailə təsərrüfatı sahiblərini bir yerə toplayacaq festival haqqında isə həmsöhbətimiz bunları dedi: “Ailə təsərrüfatı məhsulları” festivalı Naxçıvan şəhərində keçirilən ən maraqlı festivallardan biridir. Çünki payız fəslində təşkil edilən bu festivalda yerli məhsulların növ və çeşidi daha çox olur. Belə tədbirlərə yerli sakinlər və qonaqlar tərəfindən böyük maraq var. Hər kəs istədiyi məhsulu münasib qiymətə ala bilir. Eyni zamanda, bu kimi tədbirlərdə biz yeni alıcılarla tanış olmaq imkanı qazanırıq. Onlar sonradan da sifariş üçün bizimlə əlaqə saxlayırlar”.

Qeyd edək ki, festivalın sonunda “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqənin qalibləri müəyyənləşib. Müsabiqənin nəticələrinə əsasən Şərur, Culfa və Şahbuz rayonlarından müvafiq olaraq Muqbil Zamanov, Çiçək Bayramova və Abbas Hacıyev festivalın qalibləri olublar. Ordubad, Babək, Kəngərli rayonlarından Mustafa Qədimov, Tofiq Abutalıbov və Pakizə İsmayılova ikinci, Sədərək rayonu, Naxçıvan şəhəri və Şərur rayonundan Mehbarə Hüseynova, Mübariz Mirzəyev və Sənan Qasımzadə isə üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər