REGİONLAR


Naxçıvanda keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə universiadaya yekun vurulub

Naxçıvan, 12 mart, AZƏRTAC 

Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə universiadaya yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 14 komandanın iştirak etdiyi oyun “Axtarış”, “Hədəf”, “Saxlama”, “Zəfər” və “Ekstra” mərhələlərindən ibarət olub. Oyunda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən “Diplomat” komandası qalib adını qazanıb. “Turan” komandası ikinci, “Qisas” komandası üçüncü olub.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim edilib. Qalib komanda Bakı şəhərində təşkil olunacaq “Poliqon” strateji intellekt oyunu üzrə II Respublika Universiadasında Naxçıvanı təmsil edəcəkdir.

Qeyd edək ki, universiada muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.