Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda keçirilən beynəlxalq konfransda insan alverinə qarşı mübarizə üsulları müzakirə olunub

Naxçıvan, 29 iyul, Tural Kəngərli, AZƏRTAC

Naxçıvan Biznes Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 30 iyul - İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Konfransın açılış mərasimində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edərək, tədbirin keçirilməsində göstərilən dəstəyə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev çıxış edərək, konfrans iştirakçılarına uğurlar arzulayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis çıxışında qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanla birgə insan alverinə qarşı mübarizə aparır: “İşimizdə uğurlar əldə edilsə də, bu sahədə yenə də problemlər qalır. İnsan alveri ilə məşğul olanlar hələ də hüquq-mühafizə orqanlarından yayına bilirlər. Belə olan halda dövlət və ictimaiyyət bu cinayəti ifşa etmək üçün dəstək verməlidir. Eyni zamanda, dünya dövlətləri bu cinayətlə mübarizədə onun qurbanlarının ehtiyaclarını da təmin etməlidirlər”.

Mikaela Meredis bildirib ki, Azərbaycana göstərilən dəstək hər zaman tərəfdaşlıq üzərində qurulub. Bu tərəfdaşlıq Azərbaycan hökumətinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirdiyi prioritetlərə əsasən davam edir. Bu prioritetlərdən biri də insan alverinə qarşı mübarizədir. 2015-ci ilin oktyabr ayından etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə insan alverinə qarşı mübarizə fəaliyyətini “İnsan Alverinə Qarşı Mübarizə” layihəsi ilə həyata keçirir. Bu layihə çərçivəsində insan alveri qurbanlarının sığınacaqları və onların imkanlarının genişlənməsi üçün dəstək verilir. Layihə, eyni zamanda, bu sığınacaqda olan insan alveri qurbanlarına hüquqi, sosial, psixoloji və reabilitasiya yardımı göstərir. ABŞ Dövlət Departamentinin Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsini vurğulayan Mikaela Meredis deyib ki, layihə səhiyyə işçilərinin insan alveri qurbanlarının müəyyənləşdirilməsi və onlara müvafiq yardımların göstərilməsi üçün texniki imkanlarının genişləndirilməsi məqsədini daşıyır. Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin tərəfdaşlığı ilə birgə həyata keçirilir.

Xanım Mikaela Meredis Azərbaycan Respublikası Prezidentinin 2014-cü il iyulun 24-də imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycanda bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını nümayiş etdirdiyini vurğulayıb, bu istiqamətdə göstərilən səylərə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai 30 İyul - İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransın işində göstərdiyi dəstəyə görə təşkilatçılara minnətdarlığını bildirib, belə bir tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, BMT tərəfindən iyulun 30-nun İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü elan edilməsində məqsəd ictimaiyyətin diqqətini bu qlobal problemə yönəltmək və buna qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Utandırıcı haldır ki, XXI əsrdə biz hələ də insan alverinin müxtəlif növləri ilə rastlaşırıq və hazırda dünyada insan alveri qurbanlarının sayı 20 milyondur. İnsan alveri təkcə ayrı-ayrı ölkələr üçün problem yaratmır, eyni zamanda, transmilli cinayətkarlığa yol açır. Buna görə də biz hamılıqla bu problemə qarşı mübarizə aparmalıyıq.

Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç, Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados çıxışlarında insan alverini müasir dövrün köləliyi adlandıraraq, bunu insanlığa qarşı cinayət adlandırıblar. Bütün dünya dövlətləri tərəfindən birgə mübarizənin vacibliyini vurğulayan natiqlər Azərbaycan hökumətini bu sahədə göstərdiyi səylərə görə dəstəklədiklərini bildiriblər.

Sonra konfrans işini panel müzakirələri ilə davam etdirib.

Konfransda yerli və xarici ekspertlər, ictimai birliklərin və kütləvi informasiya vasitələrinin, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublika Prokurorluğunun, Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının və digər müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH