REGİONLAR


Naxçıvanda keçirilən beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub

Naxçıvan, 9 may, AZƏRTAC

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində keçirilən beynəlxalq turnirdə dörd ölkədən, Azərbaycan, Türkiyə, İran və Ukraynadan müxtəlif yaş kateqoriyalarında 214 zəka sahibi mübarizə aparır. Muxtar respublikanı isə yarışda 81 şahmatçı təmsil edir ki, onlardan da 4-ü titullu idmançılardır.

İkinci turdan sonra turnir cədvəlinə 2425 reytinq xalına malik türkiyəli qrosmeyster Kıvanc Haznedaroğlu başçılıq edir. İkinci turun nəticələrinə əsasən, ilk iki görüşünü qələbə ilə bitirən zəka sahibləri arasında muxtar respublika şahmatçılarından beynəlxalq ustalar Talıb Babayev, Toğrul Həsənzadə, Pərviz Qasımov və FİDE ustası Sadiq Məmmədov da yer alıb.

Qeyd edək ki, mayın 14-dək davam edəcək yarışda yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq. İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 16 titullu zəka sahibi ilə bərabər yeniyetmə şahmatçılar da mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.