REGİONLAR


Naxçıvanda keçirilən humanitar tibbi aksiyanın növbəti ünvanı Culfa və Ordubad rayonları olub

Naxçıvan, 16 iyun, AZƏRTAC

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin tibb heyəti Milli Qurtuluş Günü münasibətilə Ordubad rayonunda, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı həkimləri isə Culfa rayonunda humanitar tibbi aksiya keçiriblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanıb və xəstəxanaya dəvət olunublar.

Tibbi aksiyada Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin 13 nəfərdən ibarət həkim briqadası 172 müayinə aparıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. 3 nəfər müalicə üçün mərkəzə dəvət olunub. Səhiyyə müəssisəsinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da göstəriblər.

Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı həkimləri isə Culfa Rayon Mərkəzi Xəstəxanasında laborator təhlillər, ultrasəs müayinələri aparıb, xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı pasiyentlərə tövsiyələr veriblər. Bundan başqa, pasiyentlər ekstremal və fövqəladə vəziyyətlər - daşqınlar, zəlzələlər, partlayışlar, yanğınlar zamanı ilkin tibbi yardımın təşkili barədə ətraflı məlumatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq il ərzində humanitar aksiyaların digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.